Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərinin Qızılqum qəsəbəsi ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.Aslanov saxlanılıb
16.08.2022
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılqum qəsəbəsi ərazisində yerləşən evlərin birindən 5 ədəd plastik qapı, 6 ədəd plastik pəncərə, 1 ədəd qapı pəncərə ilə birlikdə plastik çərçivə, 200 metr elektrik naqili və 100 metr plastik borunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Aslanov saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
15.08.2022
Avqustun 15-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə paytaxt sakini T.Bağırov vurulub
Avqustun 15-də saat 20 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Tofiq Bağırovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ-də araşdırma aparılır.
Bakı şəhər sakini M.Mehdiyevdən 1 kiloqramdan artıq heroin, 28 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Mehdiyev saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, 28 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
14.08.2022
Avqustun 14-də ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində “QAZ-69” markalı avtomobil aşıb
Avqustun 14-də saat 7 radələrində Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində Şabran rayon sakini G.İbrahimov idarə etdiyi “QAZ-69” markalı avtomobili aşırıb. Nəticədə G.İbrahimovun sərnişini Ənvər Turbətov hadisə yerində ölüb, özü və digər 3 sərnişin xəstəxanaya yüerləşdirilib. Siyəzən RPŞ-də araşdırma aparılır.
Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 14-də saat 7 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində Yardımlı rayon sakini A.Mamedovun, Ağdam rayon sakini E.Qənbərovun, Sumqayıt şəhər sakini N.Sayıllının idarə etdikləri “Mercedes” markalı və Xaçmaz rayon sakini R.Əmirbəyovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə E.Qənbərovun sərnişini olan atası Rüstəm Qənbərov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Zaqatala rayonunun Dardoqqaz kəndi ərazisində “Niva” və “Lada Priora” markalı avtomobillər toqquşub
Avqustun 15-də saat 1 radələrində Zaqatala rayonunun Dardoqqaz kəndi ərazisində Höytala kənd sakini Ramazan Qabacovun idarə etdiyi “Niva” markalı və Aşağı Çardaqlar kənd sakini Y.Musayevin idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə R.Qabaçov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.Zaqatala RPŞ-də araşdırma aparılır.
Yevlax rayonu ərazisində “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub
Avqustun 14-də saat 15 radələrində Yevlax rayonu ərazisində şəhər sakinləri S.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı və Elzamin Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədov hadisə yerində ölüb digər sürücü isə xəstəxanaya yerləşdirilib.Yevlax RPŞ-də araşdırma aparılır.
Şamaxı rayonunun Hacıdərə kəndinin ərazisində “Hyundai” markalı avtomobil aşıb
Avqustun 14-də saat 23 radələrində Şamaxı rayonunun Hacıdərə kəndinin ərazisində Tovuz rayon sakini Nazim Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə N.Nəbiyevin sərnişinlərindən biri Bakı şəhər sakinləri Rauf Abdullayev hadisə yerində ölüb, digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.