Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bir qadına məxsus avtomobili qaçırmaqda şübhəli bilinən İ.Əliyev avtomobillə birgə saxlanılıb
17.08.2022
Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir qadına məxsus “KİA” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Əliyev avqustun 17-də Buzovna qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Sumqayıt şəhəri ərazisində müxtəlif vaxtlarda bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən N.Mehdiyev saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 1 yardımçı təsərrüfatdan, 2 evdən, 3 avtomobildən və 1 çay evindən velosiped, samovar, generator, akkumulyator, televizor və antena oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Mehdiyev saxlanılıb.
Göyçay rayonunun Potu kəndi ərazisindəki əkin sahələrinin birindən su çəni oğurlamaqda şübhəli bilinən N.Mehdiyev saxlanılıb
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Potu kəndi ərazisindəki əkin sahələrinin birindən 2000 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən Göyçay şəhər sakini N.Mehdiyev saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
16.08.2022
Avqustun 16-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu qəsəbə sakini S.Hüseynova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini N.Abbaslı saxlanılıb
Avqustun 16-da Sabunçu RPİ 12-ci Polis Şöbəsinə rayon ərazisində 2 nəfərin Sabunçu qəsəbə sakini S.Hüseynova küt alətlə xəsarət yetirərək onun 108 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Göygöl rayon sakini Ə.Əliyev və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı saxlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobillə iki piyada vurulub
Avqustun 17-də saat 3 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Bakı şəhər sakini V.Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Feyruz Eyvazovu və Şamaxı rayon sakini E.Ağayevanı vurub. Nəticədə F.Eyvazov hadisə yerində ölüb, E.Ağayeva xəstəxanaya yerləşdirilib. Nərimanov RPİ-də araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Z.Məmmədova və 35-40 yaşlı kişi vurulub
Avqustun 17-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Z.Məmmədova və 35-40 yaşlı kişi vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən kişi orada ölüb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Xaçmaz rayonunun Mehrəliqışlaq kəndi ərazisində “Toyota” markalı avtomobillə Zərdab rayon sakini H.Əhmədov vurulub
Avqustun 15-də saat 21 radələrində Xaçmaz rayonunun Mehrəliqışlaq kəndi ərazisində Bakı şəhər sakini E.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Zərdab rayon sakini Həzi Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada dünən orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir şəxsə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir şəxsə zor tətbiq edərək 950 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini Q.Həsənov və Cəlilabad rayon sakini N.Zamanlı saxlanılıb. Davam etdirilən tədbirlərlə N.Zamanlının Mingəçevir şəhər sakini E.Dursunovla birgə rayon ərazisindəki köşklərin birindən 2130 manat pul oğurlaması da müəyyən olunub. E.Dursunov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabunçu rayonu ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən E.Quliyev saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 3900 manat, sənədlər və bank kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılıb.