Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu ərazisindəki 5 evdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb
18.08.2022
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 5 evdən 800 manat pul, inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.
Binəqədi rayonu ərazisində oğurluq və dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini O.Aslanov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən və 1 sexdən 750 manat pul, 200 manat dəyərində naqil və təmir alətləri oğurlamaqda həmçinin 1nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Aslanov saxlanılıb.
Qaradağ rayonu ərazisində 1 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən X.Ağayev saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 avtomobildən 1500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Ağayev saxlanılıb.
Nəsimi rayonu ərazisindəki mağazaların birindən 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən A.İbrahimov saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.
Sumqayıt şəhəri ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 2 avtomobildən 300 manat pul, mobil telefon və 3000 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş E.İsayev həmçinin Masazır qəsəbə sakinləri M.Aslanov və əvvəllər məhkum olunmuş K.Quliyev saxlanılıb.
Kəlbəcər rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib
Kəlbəcər RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş 2852 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
17.08.2022
Avqustun 17-də ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonunun Neftçilər prospektində yerləşən kafelərin birində paytaxt sakini E.Bayramova qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini A.Məmmədov saxlanılıb
Avqustun 18-də Səbail RPİ 9-cu Polis Bölməsinə Neftçilər prospektində yerləşən kafelərin birində bir nəfərin paytaxt sakini E.Bayramova məxsus içərisində 1000 manat olan pulqabısını soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Xocalı rayonunun Çanaqçı kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Avqustun 17-də saat 8 radələrində Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.Xocalı RPŞ-də araşdırma aparılır.
Suraxanı rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Eyvazov saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Eyvazov saxlanılıb.