Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda aralarında yaranmış münaqişə zamanı qardaşını öldürməkdə şübhəli bilinən S.İsmayılov tutularaq istintaqa təhvil verilib
07.09.2022
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə sentyabrın 7-də saat 13 radələrində Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda Səyyad İsmayılovun öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla qardaşı Siyavuş İsmayılovun aralarında yaranmış münaqişə zamanı oraqla Səyyada xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyavuş İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cəlilabad şəhəri ərazisindən Əliabad kənd sakini A.Tağıyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Hacıməmmədli kənd sakini Ş.Bayramov saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 23 radələrində şəhər ərazisindən Əliabad kənd sakini A.Tağıyevə məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Sərhədabad kəndi ərazisində aşmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Hacıməmmədli kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Bayramov müəyyən edilərək saxlanılıb.Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nizami rayonunun C.Naxçıvanski küçəsində Z.Cəfərovanın cüzdanının soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən V.Məmmədov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə sentyabrın 5-də C.Naxçıvanski küçəsində Z.Cəfərovanın içərisində 300 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən E.Əşrəfov saxlanılıb
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedin oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Əşrəfov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın Səbail rayonu ərazisində bir velosiped dayanacağından və 2 evin girişlərindən dəyəri 2 min manatdan artıq olan daha 3 velosipedi oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Dələduzluğa görə axtarışda olan Samiq İlyasov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə axtarışda olan Samiq İlyasov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun avqustun 30-da Bakı şəhər sakini S.Quliyevə məxsus 2400 manat dəyərində mopedi oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Biləsuvar rayonunun Bağbanlar kənd sakini E.Mehtizadəni silahla hədələyən əmisindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E.Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub. Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A.Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Mehtiyev saxlanılıb. Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ağcabədi şəhəri ərazisində Avşar kənd sakini A.Şakirovu xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq qolundan yaralamaqda şübhəli bilinən qohumu L.İslamov saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 1 radələrində şəhər ərazisində Avşar kənd sakini A.Şakirovun qolundan yaralanması barədə məlumat daxil olub. Araşdırmalarla həmkəndlisi olan qohumu Laiq İslamovun xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq A.Şakirovu qolundan yaralamasına əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində L.İslamov saxlanılıb. Onun Avşar kəndi ərazisində yerləşən atasına məxsus fermada gizlətdiyi “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini E.Eyvazovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qəhrəmanlı qəsəbə sakini E.Eyvazovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Gəncə şəhərinin 28 May küçəsində “Opel” və “VAZ-2107” markalı avtomobillər toqquşub
Sentyabrın 7-də saat 23 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini M.Əliyevin idarə etdiyi “Opel” və Daşkəsən rayon sakini Bevdalı Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə B.Allahverdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Gəncə ŞBPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Daf” markalı avtomobillə qəsəbə sakini G.Qurbanova vurulub
Sentyabrın 7-də saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Məlikov idarə etdiyi “Daf” markalı avtomobillə yolu keçən qəsəbə sakini Günay Qurbanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.