Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
11.09.2022
Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisindəki evlərin birindən 3000 manat pul oğurlamaqda şübhəli bilinən R.Mirzəyeva saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mirzəyeva saxlanılıb. Araşdırma aparılır.
Lənkəran rayonunun Sütəmurdov kəndindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən S.Rəhimova saxlanılıb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sütəmurdov kəndindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Rəhimova saxlanılıb. Araşdırma aparılır.
Quba rayonunun 1-ci Nügədi kəndi ərazisində “VAZ-2107” markalı bir avtomobildən akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Orucov müəyyən olunaraq saxlanılıb
Quba Rayon Polis Şöbəsinə 1-ci Nügədi kəndi ərazisində “VAZ-2107” markalı bir avtomobildən akkumulyator və maqnitofon oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Əhəd Orucov müəyyən olunaraq saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun həmin gün kənd ərazisində yerləşən avtomobillərin təmiri sexində “VAZ-2106” markalı bir avtomobildən akkumulyator və maqnitofon oğurlaması, “Lada Priora” markalı digər avtomobili qaçırıb akkumulyatorunu oğurlaması, habelə kənd ərazisindən Y.Sədrəddinova məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən olunub.Polis əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobil Xızı rayonu ərazisində tapılıb.Araşdırma aparılır.
Ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alan Qəbələ rayon sakini V.Rüstəmovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub. Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub.Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 11-də saat 20 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Bakı şəhər sakini Rauf Bəkirovun idarə etdiyi “Hyundai”, kənd sakinləri Q.Şükürovun idarə etdiyi “Ford” markalı avtomobillər və H.Zülfüqarovun idarə etdiyi “TR-045” markalı traktor toqquşub. Nəticədə R.Bəkirov hadisə yerində ölüb.Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəki rayonunun Cumakənd kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Sentyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Cumakənd kəndi ərazisində kənd sakini Sakit Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması təmin olunub
10.09.2022
Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 116, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Abşeron rayon sakini M.Xuşkariyə məxsus avtomobildən lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini M.Xuşkariyə məxsus “Daewoo” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı tüfəng aşkar olunaraq götürülüb.
Binəqədi rayonu ərazisindəki evlərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini E.Əsgərov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 3300 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən olunub.