Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini A.Allahverdiyev avtomobillə birgə saxlanılıb
28.07.2022
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyulun 28-də saat 2 radələrində şəhər sakini N.Məmmədovun “Opel” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Allahverdiyev avtomobillə birgə saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Keçili kənd sakini İ.Qəhrəmanovdan və Şabran şəhər sakini Ə.Kamilovdan qanunsuz saxladıqları ov tüfəngi götürülüb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Keçili kənd sakini İ.Qəhrəmanovdan qanunsuz saxladığı “Toz-63” markalı ov tüfəngi götürülüb.Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Kamilovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb.
Avtomobildən 1400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Mustafayev saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 1400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mustafayev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Mahmudlu və N.Məhərrəmov saxlanılıblar
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 4125 manat pul, 2336 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Mahmudlu və N.Məhərrəmov saxlanılıblar. Araşdırma aparılır.
Ağcabədi şəhər sakini T.Əliyevin yaşadığı evə baxış zamanı isə 7 kiloqram 300 qram marixuana aşkar olunaraq götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini T.Əliyevdən 4 qramdan artıq marixuana, yaşadığı evə baxış zamanı isə 7 kiloqram 300 qram marixuana aşkar olunaraq götürülüb.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 28-də saat 15 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Ümid Əliyevin idarə etdiyi “Mitsubishi” markalı minik və B.Əhmədovun idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə xəsarət alan Ü.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 28-də saat 17 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Zaur Quliyev idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən Xaçmaz şəhər sakini Cəlil Güləhmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə vurub və “Toyota” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Çarxı kənd sakini Q.Aydəmirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə dəyib. Nəticədə C.Güləhmədov hadisə yerində, Z.Quliyev isə xəstəxanada ölüblər. Xaçmaz Rayon Polis öbəsində araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin edilmişdir
27.07.2022
İyulun 27-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Balakən rayonunun Hənifə kənd sakini E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirilməkdə şübhəli bilinən E.Layıcov tutularaq istintaqa təhvil verilib
Balakən Rayon Polis Şöbəsinə iyulun 27-də saat 12 radələrində şəhər ərazisində Hənifə kənd sakini E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş E.Layıcovun münaqişə zəminində tanışı E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Layıcov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Avtomobil qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini F.Mövlayev saxlanılıb
Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da şəhər ərazisindən Goranboy rayon sakini D.Quliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi F.Mövlayev saxlanılıb. Araşdırma aparılır.