Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində sexdən 20.000 manat dəyərində mis naqillərini oğurlamaqda şübhəli bilinən şəhər sakini D.Qəhrəmanov saxlanılıb
10.09.2022
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20.000 manat dəyərində mis naqillərin oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş D.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Salyan rayonunun Yenikənd kənd sakini A.Süleymanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yenikənd kənd sakini A.Süleymanovdan qanunsuz saxladığı “İJ-17” markalı ov tüfəngi götürülüb.
İsmayıllı rayonunun Çandahar kənd sakini A.Abdullayevdən qanunsuz saxladığı ov tüfəngləri götürülüb
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çandahar kənd sakini A.Abdullayevdən qanunsuz saxladığı 2 ədəd “İJ” markalı ov tüfəngləri götürülüb.
Quba rayonunun Qırız-Dəhnə kəndi ərazisində “Niva” markalı avtomobili aşıb
Sentyabrın 11-də saat 2 radələrində Quba rayonunun Qırız-Dəhnə kəndi ərazisində rayon sakini Valid Beydullayev idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini İlham Əhmədov hadisə yerində ölüblər.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğuz rayonunun Bucaq kəndi ərazisində “VAZ-2107” və “Ford” markalı avtomobillər toqquşub
Sentyabrın 10-da saat 12 radələrində Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini Rəhim Quliyevin idarə etdiyi “VAZ-2107” və Qəbələ rayon sakini E.Alıcanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub və nəticədə R.Quliyev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Goranboy şəhəri ərazisində “VAZ-2101” markalı avtomobillə şəhər sakini Ə.Hadıyev vurulub
Sentyabrın 10-da saat 20 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini O.Yusifov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən həmyerlisi Ələddin Hadıyevi vurub hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Yusifov avtomobillə birgə saxlanılıb.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 103 cinayətin açılması təmin olunub
09.09.2022
Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Samux rayonunun Sarıqamış kəndi ərazisində “VAZ-21061” markalı avtomobili qarşıda gedən “ZİL” markalı avtomobilə çırpılıb
Sentyabrın 9-da saat 9 radələrində Samux rayonunun Sarıqamış kəndi ərazisində rayon sakini İ.Əsədov idarə etdiyi “VAZ-21061” markalı avtomobili qarşıda gedən Gəncə şəhər sakini R.Babayevin idarə etdiyi “ZİL” markalı avtomobilə vurub. Nəticədə İ.Əsədovun sərnişini Qnyaz Mustafayev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı şəhər sakini A.Kərimovdan heroin aşkar olunub
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimovdan heroin aşkar olunub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsi ərazisində xətt avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından 224 manat pul, Yeni Günəşli qəsəbəsindəki evlərin birindən içərisində 600 manat, sənəd və bank kartı olan cüzdan, Zığ qəsəbəsindəki evlərin birindən isə mobil telefon oğurlaması müəyyən edilib. Araşdırma aparılır.
Ağdam rayon sakini olan bir qadının bank hesabından 1200 manat oğurlamaqda şübhəli bilinən M.Həsənov saxlanılıb
Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.