Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.09.2022
Sentyabrın 3-də saat 13 radələrində Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində Xıllı qəsəbə sakini İ.İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “KİA” markalı avtomobilə vurduqdan sonra avtoyuma məntəqəsinə dəyib. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Ləman Məmmədzadə orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
02.09.2022
Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində “Opel” markalı avtomobil aşıb
Sentyabrın 2-də saat 23 radələrində Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində rayon sakini Vüsal Babayev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Nabran kəndi ərazisində “Hyundai” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb
Sentyabrın 3-də saat 1 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini X.Əliyev avtomobillə birgə saxlanılıb
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə sentyabrın 1-də 28 May qəsəbəsindən K.Tağıyevə məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini X.Əliyev avtomobillə qəsəbə ərazisində saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Şabran rayon sakini T.Nəsirova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Bağırov avtomobillə birgə saxlanılıb
Şabran Rayon Polis Şöbəsinə sentyabrın 2-də Ağalıq kəndi ərazisindən rayon sakini T.Nəsirova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini E.Bağırov avtomobillə birgə saxlanılıb. Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişli rayonu ərazisindən “KİA” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Fərzəliyev avtomobillə birgə paytaxt ərazisində saxlanılıb
İmişli Rayon Polis Şöbəsinə avqustun 29-da Qaragüvəndikli kəndi ərazisindən Abşeron rayon sakini T.Rəsulova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini S.Fərzəliyev avtomobillə birgə Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki bir market və bir mağazadan pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində marşrut avtobusunda qadın sərnişinin cüzdanını oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsi ərazisində marşrut avtobusunda qadın sərnişinin içərisində 243 manatı və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Əliyev müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Gəncə rayonunun Məhsəti qəsəbə sakini B.Tağıyevdən 3 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Tağıyevdən 2 kiloqram 975 qram marixuana aşkar olunaraq götürülüb.