Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən V.Səfərov saxlanılıb
04.09.2022
Gəncə ŞBPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.Araşdırma aparılır.
Balakən rayonu ərazisindəki iki mağazadan oğurluq törətməkdə şübhəli bilinən Qazma kənd sakini İ.Məsiyev saxlanılıb
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki bir mağazadan 700 manat pul, 389 manat dəyərində tütün məmulatı, danışıq kartları, bir mağazadan 400 manat pul və 96 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Qazma kənd sakini İ.Məsiyev saxlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
03.09.2022
Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəki rayonunun Vərəzət kənd sakini Ə.Əliyevə məxsus yardımçı təsərrüfatı yandırmaqda şübhəli bilinən şəhər sakini R.Tağıyev tutulub
Sentyabrın 3-də saat 3 radələrində Şəki rayonunun Vərəzət kənd sakini Ə.Əliyevə məxsus yardımçı təsərrüfatın yandırılması nəticəsində yanar konstruksiyalar, 700 ədəd ot bağlaması yanıb, 2 baş inək tələf olmub, yanıq xəsarəti alan Ə.Əliyevə, həyat yoldaşı və oğluna xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Həmçinin həmin gün saat 4 radələrində Ə.Əliyevin yeznəsi İ.Balammədovun yaşadığı Baş Zəyzid kəndindəki ev, həyətindəki “VAZ-2106” markalı avtomobil, habelə qardaşına məxsus yardımçı təsərrüfatın yandırılması nəticəsində evin, avtomobilin, yardımçı təsərrüfatın yanar konstruksiyaları, 700 ədəd ot bağlaması yanmıb, 5 baş inək tələf olub, İ.Balammədovun anasına və dayısına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İ.Balammədovun xalası oğlu, şəhər sakini R.Tağıyev tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin,120-ci (qəsdən adam öldürməyə cəhd) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində Abşeron rayon sakini H.Cavanşirov idarə etdiyi avtomobillə 65-70 yaşlı qadın vurulub
Sentyabrın 3-də saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Cavanşirov idarə etdiyi avtomobillə yolu keçən 65-70 yaşlı qadını vurub və nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Binəqədi RPİ-də araşdırma aparılır.
Avqustun 29-da G.Hacıyevanın pulunu, şəxsiyyət vəsiqəsini və bank kartını oğurlamaqda şübhəli bilinən H.Abdullayev saxlanılıb
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da G.Hacıyevanın 450 manat pulunu, şəxsiyyət vəsiqəsini və bank kartını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb.
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul, geyim və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Abbasova saxlanılıb
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki evlərin birindən 5300 manat pul, 8000 manat dəyərində geyim və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini Ş.Abbasova saxlanılıb.
Sumqayıt rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən K.Əliyeva saxlanılıb
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon ərazisindəki evlərin birindən 700 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini K.Əliyeva saxlanılıb.
Salyan rayonunun Qaraçala qəsəbə sakini E.İsmayılovun həyətindən 5 ədəd çətənə kolu və 24 kiloqramdan artıq marixuana götürülüb
Salyan RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraçala qəsəbə sakini E.İsmayılovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 5 ədəd çətənə kolu və 24 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.
Şəmkir rayonunun Düyərli kənd sakini Q.Babayevdən 6 qrama yaxın marixuana aşkar edilib
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini, əvvəllər məhkum olunmuş Q.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkar edilib. Araşdırmalarla onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1,8 kiloqram marixuana götürülüb.