Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbə sakini R.Abdullayevin evindən ov tüfəngi aşkar olunaraq götürülüb
06.09.2022
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Stansiya Sumqayıt qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayevin evinə baxış zamanı oradan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Xaçmaz rayonunun Hülövlü kənd sakini S.Məmmədovun avtomobilindən tapança aşkar olunaraq götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hülövlü kənd sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2174” markalı avtomobilə baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Əmirvar kəndi ərazisində yabanı halda bitən 1,5 ton çəkidə 4500 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
05.09.2022
Sentyabrın 5-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ağsu şəhəri ərazisindən “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Z.Azayev müəyyən edilərək saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 4-də saat 23 radələrində şəhər ərazisindən şəhər sakini E.Hüseynova məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəgəli kənd sakini Z.Azayev müəyyən edilərək saxlanılıb.Ağsu RPŞ-də araşdırma aparılır.
Hacıqabul şəhəri ərazisində “Daewoo” markalı avtobusla yolu keçən 60-65 yaşlı kişi vurulub
Sentyabrın 5-də saat 20 radələrində Hacıqabul şəhəri ərazisində Zaqatala rayon sakini M.Məhərrəmov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cəlilabad rayonunun Musalı kəndi ərazisində “VAZ-21063” markalı avtomobillə kənd sakini C.Fərəcli vurulub
Sentyabrın 5-də saat 14 radələrində Cəlilabad rayonunun Musalı kəndi ərazisində Şatırlı kənd sakini R.Əmənov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini Ceyhun Fərəclini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində “QAZ-53” və “VAZ-21074” markalı avtomobillər toqquşub
Sentyabrın 5-də saat 19 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini S.Alıyevin idarə etdiyi “QAZ-53” və Gəncə şəhər sakini Ruslan Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Nəsibov orada ölüb.Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gədəbəy rayonu ərazisində 3 nəfərə məxsus 46000 manat dəyərində mal-qaranı oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov saxlanılıb
Gədəbəy Rayon Polis Şöbəsinə Çökək Yurd adlanan ərazidə Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə müraciətlər daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən pul və lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1900 manat dəyərində lotereya biletlərinin oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.Araşdırma aparılır.