Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax rayonunun bir neçə kəndlərindən vətəndaşlara məxsus 261 baş qoyunu oğurlamaqda şübhəli bilinən T.Bayramov və P.Balakişiyev saxlanılıblar
02.09.2022
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayonun Tanrıqulular, Aran, Hürüuşağı, Qaraməmmədli, Salahlı və Nemətabad kəndlərindən vətəndaşlara məxsus ümumilikdə 261 baş qoyunu oğurlamaqda şübhəli bilinən Tanrıqulular kənd sakinləri T.Bayramov və P.Balakişiyev saxlanılıblar. Araşdırma aparılır.
Bakıda binaların girişlərində quraşdırılan poçt qutularında satmaq üçün narkotik maddə gizlədən şəxs tutulub
Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olumuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda - 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub. Ü.Musayev ifadəsində sosial şəbəkədə tanış olduğu narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. O, həmin narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini əsasən binaların girişlərində olan poçt qutularında gizlətdiyini bildirib. Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 72 cinayətin açılması təmin olunub
01.09.2022
Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobillə qəsəbə sakini K.Sadıxova vurulub
Sentyabrın 1-də saat 18 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Rəhimli idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini Könül Sadıxovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Qaradağ RPİ-də araşdırma aparılır.
Qusar rayonunun Qalacıq kəndi ərazisində “Opel” markalı avtomobil ağaca çırpılıb
Sentyabrın 1-də saat 20 radələrində Qusar rayonunun Qalacıq kəndi ərazisində Dəlləkli kənd sakini B.Qədirov idarə etdiyi “Opel” markalı avtomobili ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.Qusar RPŞ-də araşdırma aparılır.
Bakı şəhər sakini A.Qarayevanın çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən T.Abbasov saxlanılıb
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Bakı şəhər sakini A.Qarayevanın içərisində pulu və bank kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdam rayon sakini T.Abbasov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Salyan rayon sakini E.Nəcəfovdan heroin aşkar edilib
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Araşdırmalarla onun paytaxt ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1,5 kiloqram heroin götürülüb.
Bakı şəhər sakini Ü.Musayevdən 102 qramdan artıq heroin götürülüb
Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 102 qramdan artıq heroin götürülüb.
Ağdam rayonunun Dördyol-1 qəsəbəsində yaşayan Ş.Cəfərovun evinin həyətindən 5,2 kiloqram marixuana götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağdam rayonunun Dördyol-1 qəsəbəsində yaşayan Ş.Cəfərovun evinin həyətinə baxış zamanı oradan 5,2 kiloqram marixuana aşkar edilərək götürülüb.
Tovuz rayonunun Hunanlar kənd sakini R.Məmmədova məxsus sahədən 15 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Hunanlar kənd sakini R.Məmmədova məxsus sahədən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülüb.