Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində “Mercedes” və “İsuzu” markalı avtomobillər toqquşub
08.09.2022
Sentyabrın 9-da saat 1 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində Masallı rayon sakini M.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub. Nəticədə M.Talıbovun sərnişinlərindən – həyat yoldaşı Zümrüd hadisə yerində ölüb, özü və gəlini xəstəxanaya yerləşdirilib,vəziyyətləri ağırdır.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xətai rayonunun Babək prospektində “Honda” markalı avtomobillə Xaçmaz rayon sakini E.Əlibəyov vurulub
Sentyabrın 8-də saat 23 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini A.Zamanov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Elmar Əlibəyovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Xətai RPİ-də araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində iki vətəndaşdan pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Bayramov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də və 22-də Xırdalan şəhəri ərazisində şəhər sakinləri F.Mirzəağayevanın 350 manat, D.Həşimovanın isə 1400 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Bayramov saxlanılıb.
Şamaxı rayonunun bir neçə kəndində dəmir boru, dəmir dirəklər və qaz borularını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 2-dən avqustun 22-dək olan müddətdə Kərkənc kəndi ərazisində rayon Qaz İdarəsinə məxsus istismardan çıxarılmış dəmir borunun 120 metrlik hissəsini, Kərkənc-Adnalı kəndi ərazisində “Azərenerji” ASC-yə məxsus istismardan çıxarılmış 2 ədəd dəmir dirəyi və Dəmirçi kəndi ərazisində “Azəriqaz” İB-yə məxsus qaz borusunun 86,5 metrlik hissəsini oğurlamaqda şübhəli bilinən Şamaxı şəhər sakinləri F.Atakişiyev, əvvəllər məhkum olunmuşlar - F.Hümbətov və T.Daşdəmirov saxlanılıblar.
Ağdam rayonunun Qasımbəyli qəsəbə sakini Ş.Hüseynovun həyətindən çətənə kolları və marixuana aşkar edilərək götürülüb
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qasımbəyli qəsəbə sakini Ş.Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu və 50 qram marixuana aşkar edilərək götürülüb.
Sabirabad rayonunun Şəhriyar kənd sakini Q.Hüseynovun həyətindən çətənə kolları və marixuana aşkar edilərək götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şəhriyar kənd sakini Q.Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu və 430 qram marixuana aşkar edilərək götürülüb.
Sabunçu rayonu Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində ötən gecə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah saxlayan 23 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 23 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. Daxil olmuş əməliyyat məlumatı əsasında Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Xəzər rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar.Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan digər dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
“İnstaqram”da xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və daha sonra həmin şəkilləri əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta “instaqram” hesablarında yaydığı barədə məlumatlar daxil olub.Həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub. Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq.
Gün ərzində ölkə ərazisində qeydə alınan 99 cinayətin açılması təmin olunub
07.09.2022
Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.