Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində qeydə alınan cinayətlərdən 59-nun açılması təmin edilmişdir
26.07.2022
İyulun 26-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Tovuz rayonunun İbrahimhacılı kəndində baş vermiş yanğın nəticəsində Y.Quliyevanın və Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb
İyulun 25-də saat 2 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın yaşadığı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar, habelə yardımçı təsərrüfat yanıb.Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğın söndürüldükdən sonra Y.Quliyevanın və orada olan qonşusu 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb. Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə evə oğurluq məqsədilə girən kənd sakinləri, əvvəllər məhkum olunmuş E.Bağırovun və Q.Quliyevin qadınları bıçaqla öldürdükdən sonra 65 manat pul, qızıl sırğa və mobil telefon oğurlayıb evi qəsdən yandırmalarına əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bağırov və Q.Quliyev tutularaq istintaqa təhvil veriliblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhər sakini, 15 yaşlı S.Mustafayevin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutularaq istintaqa təhvil verilib
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə iyulun 26-da xəsarətlə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini, 15 yaşlı S.Mustafayevin orada ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün 16 yaşlı N.Hacıyevin münaqişə zəminində S.Mustafayevin baş nahiyəsinə yumruqla vurması və xəsarətlə xəstəxanaya yerləşdirilən S.Mustafayevin ölməsi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanılıb.
Yol qəzasını törədərək hadisə yerindən yayınan Hökməli qəsəbə sakini N.Vəliyev müəyyən edilərək saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də Abşeron rayonu ərazisində Babək rayon sakini M.Quliyevin xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2107” markalı avtomobilin sürücüsü, Hökməli qəsəbə sakini N.Vəliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Hacıyeva saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 600 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hacıyeva saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı N.Rəhmanov saxlanılıblar
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də 28 May qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Rüstəmovu xuliqanlıq zəminində bıçaqla hədələyib “VAZ-2107” markalı avtomobilinin ön şüşəsini sındırmaqda və avtomobildən 5800 manat pulunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri C.Rəhmanov və qardaşı, əvvəllər məhkum olunmuş N.Rəhmanov saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb. Araşdırma aparılır.
Əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə sakini E.Cəfərov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavadxan küçəsindəki fəvvarədən 8 ədəd su təmizləyici başlığı və müxtəlif vaxtlarda 10 evin həyətindən su mühərriklərini oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb. Araşdırma aparılır.