Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayon sakini olan bir qadının bank hesabından 1110 manat pul oğurlamaqda şübhəli bilinən qadının 14 yaşlı nəvəsi saxlanılıb
12.09.2022
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə sentyabrın 7-də Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə birgə saxlanılıblar
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən Abşeron rayon sakini F.Həsrətova məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakinləri E.Bəşirov, V.Ağayev və C.Ağammədov avtomobillə birgə saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən M.Quliyev saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində V.Məmmədovun mobil telefonunu, V.Əsgərovun velosipedini və iki avtomobildən akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayonunun Böyük Göyüşlü kənd sakini F.Cəfərovun evindən 6 kiloqramdan artıq marixuana və çətənə kolları götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Böyük Göyüşlü kənd sakini F.Cəfərovun evinə baxış zamanı oradan 6 kiloqram 583 qram marixuana və 5 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Ağcabədi şəhər sakini İ.Budaqovun həyətindən çətənə kolları aşkar olunaraq götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Budaqovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Kürdəmir rayonunun Beyi kənd sakini Ş.İsrafilovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyi kənd sakini Ş.İsrafilovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb.
Balakən rayonunun Katex kəndi ərazisində “KİA” və “BMW” markalı avtomobillər toqquşub
Sentyabrın 12-də saat 8 radələrində Balakən rayonunun Katex kəndi ərazisində rayon sakini İ.Taralovun idarə etdiyi “KİA” və Zaqatala şəhər sakini Cavid Bayramovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə İ.Taralovun sərnişini Pərviz Baradov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Goranboy rayonunun Todan kəndi ərazisində "Niva" markalı avtomobil dərəyə aşıb
Sentyabrın 12-də saat 22 radələrində Goranboy rayonunun Todan kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini İsə Rəhimov hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.Araşdırma aparılır.
Nizami və Yasamal rayonlarında narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində “Keşlə”, “8-ci kilometr” qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik heroin, marixuana, tiryək və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiklərini bildiriblər.Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən isə son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.Nizami və Yasamal rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
“Whatsapp” qrupları yaradaraq onlayn lotoreya keçirmək adı altından minlərlə insanı aldadan dələduzlar həbs ediliblər
Son aylar “Whatsapp” ani mesajlaşma mübadilə sistemində onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib.Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində “Whatsapp” qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib. Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib.Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotoreya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırırq.