Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən H.Səfərov saxlanılıb
09.09.2022
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini H.Səfərov saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Ümid qəsəbə sakini H.Şirinova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən R.İbrahimov Səngəçal qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb
Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə Ümid qəsəbə sakini H.Şirinova məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.İbrahimov Səngəçal qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisində avtomobildən 30.000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Mustafayev saxlanılıb
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şirvan şəhər sakini G.Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 6-da şəhər sakini G.Məmmədovanın 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Quba rayonunun Qımılqışlaq kəndində yaşayan V.Mahmudovun evindən marixuana, çətənə toxumları, elektron tərəzi, həyətyanı sahəsindən isə çətənə kolları götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qımılqışlaq kəndində yaşayan Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş V.Mahmudovun evinə baxış zamanı oradan 3 kiloqram 561 qramdan artıq marixuana, 86 qrama yaxın çətənə toxumları, elektron tərəzi, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Sabirabad şəhər sakini T.Nəsirovun həyətindən çətənə kolları və 3 kiloqramdan artıq marixuana götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini T.Nəsirovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu və 3 kiloqram 430 qram marixuana aşkar olunaraq götürülüb.
Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib. Şöbə əmədaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elvin Cabbarovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 4-cü Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Biləcəridə son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Biləcəri qəsəbəsində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb. Onların üzərindən, Biləcəri qəsəbəsi ərazisində yaşadıqları evlərdən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik maddələr aşkar edilib. Daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonunun digər kənd və qəsəbələrində son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyala Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar. Bu şəxslərin üzərlərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.
Son 14 gündə 29 narkotacir tutulub, onlardan 120 kiloqram narkotik maddə aşkar edilib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən və onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən mütəşəkkil dəstənin daha 29 nəfər üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 7057 ədəd psixotrop tərkibli həb aşkar edilib.Daxil olmuş məlumat əsasında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Surxay Mikayılov Astara rayonu, Urfan Məsmalıyev Gəncə şəhəri, Talehə Paşayeva və Cabir Məmmədov isə paytaxt ərazisində tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 29 kiloqram heroin, 12 kiloqram tiryək, 13 kiloqram metamfetamin, 49 kiloqram marixuana, 7000 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib. Adları çəkilən şəxslər paytaxt Bakı, həmçinin cənub və qərb bölgələri üzrə narkotiklərin əsas tədarükçülərindən biri olublar. Adları çəkilən 4 nəfərin şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirlərinin davamı narkotiklərin intensiv satışını təşkil edən daha 25 nəfər saxlanılıb. Həmin şəxslərdən isə 17 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa, “ağ ölüm”lə mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırırıq.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
08.09.2022
Sentyabrın 8 -də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.