Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində 1500 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini V.Əzizov saxlanılıb
13.09.2022
Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Buxta küçəsindən R.Əliyevə məxsus 1500 manat dəyərində “Moon” markalı mopedin oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini V.Əzizov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Zeynalov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakinləri F.Şükürovun, E.Bağırovun, Ü.Qafarovanın velosipedlərini, bir mağazadan 800 manat dəyərində telefon aksesuarları, mobil nömrələr, səsgücləndirici və fen oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Zeynalov saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayonunda yaşayan Ç.Əliyevin həyətindən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini K.İsmayılov saxlanılıb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ç.Əliyevin həyətindən 1700 manat dəyərində 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Quba rayonunun Yuxarı Xanəgah kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Quba RPŞ-nin əməkdaşları tərəfindən Yuxarı Xanəgah kəndi ərazisində yabanı halda bitmiş 1 ton 813 kiloqram çəkidə 2755 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə piyada vurulub
Sentyabrın 13-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini R.Kərimli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Fuad Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Polis ötən gecə “Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib – 16 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseyn Muradov və onunla birlikdə narkotik maddələrin satışını həyata keçirən daha 15 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Sumqayıtda yol polisləri yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq avtobus sürücülərinə xəbərdarlıq edib
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülüb. Bu məqsədlə yol polisləri tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də yeni nişanlanma xətləri çəkilib. Bununla da Sumqayıt şəhərində yerləşən məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib.Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri ilə də profilaktik görüş keçirib. Sürücülərə yeni tədris ilinin başlanması ilə bağlı, xüsusən məktəblərin yerləşdiyi küçə və prospektlərdə hərəkət zamanı diqqətli olmağın vacibliyi barədə məlumat verilib. Sürücülərin diqqətinə çatdırılıb ki, şagirdlər avtobuslardan düşən zaman arxa tərəfə doğru hərəkət etməyin vacibliyi barədə mütəmadi olaraq məlumatlandırılsın. Belə olan halda əks və eyni istiqamətdə hərəkət edən avtomobillər həm sərnişini görə bilir, həm də piyadalar avtomobillərə uyğun hərəkətlərini nizamlaya bilirlər.Qeyd edək ki, Sumqayıt şəhərində yol polisləri tərəfindən bu cür profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
12.09.2022
Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qobustan qəsəbəsindəki 4 evdən pul, qızıl-zinət əşyaları və kompyuter oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
DİN-in Baş Cinayət Axtarışı, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Rzayev, F.Zahidov və E.Qarayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində saxlanılan avtomobilin sürücüsünün narkotik vasitənin təsiri altında olması müəyyən edilib
Sentyabrın 11-də saat 12 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində manevr qaydalarını pozan “Chevrolet” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü - Bakı şəhər sakini R.Qədimovun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. O və sərnişinləri – X.Rəhimov, əvvəllər məhkum olunmuş S.Məlikov Sumqayıt Şəhər Polis İdarəsinə təhvil veriliblər.Polis İdarəsində S.Məlikovun çantasına baxış zamanı oradan heroin, metamfetamin, preqabalin, 5 ədəd tramadol həbi, 1 ədəd metadon həbi, elektron tərəzi və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.