Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 98 cinayətin açılması təmin olunub
14.09.2022
Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Lənkəran şəhər sakini R.Quliyevdən 1 kiloqram 20 qram heroin aşkar olunaraq götürülüb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Quliyevdən 1 kiloqram 20 qram heroin aşkar olunaraq götürülüb.
Binəqədi rayonu ərazisindəki marketlərin birində Bakı şəhər sakini G.Quliyevanın cüzdanını oğurlamaqda şübhəli bilinən X.Məmmədova saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini G.Quliyevanın içərisində pulu və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədova müəyyən olunaraq saxlanılıb.
Xətai rayonunun M.Hadi küçəsindən 2200 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cəlilov saxlanılıb
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə sentyabrın 13-də M.Hadi küçəsindən S.Məcidzadənin 2200 manat dəyərində mopedinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakini M.İsmayılov vurulub
Sentyabrın 14-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mansur İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Saray qəsəbəsində narkotik vasitələrin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib. Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 101 cinayətin açılması təmin olunub
13.09.2022
Sentyabrın 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Binə qəsəbəsindəki evlərdən birinin həyətində yerləşən qarajdan təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən B.Şirinov saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsindəki evlərdən birinin həyətində yerləşən qarajdan 1200 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini B.Şirinov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1335 manat dəyərində televizor, səsgücləndirici, samovar və təmir-tikinti alətləri oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar
Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsində “Mercedes” markalı bir avtomobilin cəriməsi yoxlanılarkən onun qaçırılması aşkar olunub. Avtomobil cərimə meydançasına yerləşdirilib. Araşdırmalarla Bakı şəhər sakini P.Tağıyev və Saatlı rayon sakini S.Zeynalovun Binəqədi qəsəbəsi ərazisindən qaçırdıqları Lənkəran rayon sakini R.Nəsirova məxsus nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobili Lerik rayon sakinləri N.Qasımova və əmisi oğluna satmaları müəyyən olunub.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan Q.Hüseynovun Binəqədi rayonu ərazisindəki daha 6 evdən oğurluq etməsi müəyyən olunub
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Q.Hüseynovun rayon ərazisindəki daha 6 evdən su sayğaclarını oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.