Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisindəki mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva saxlanılıb
15.09.2022
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı şəhər sakini G.Zərbəliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini G.Zərbəliyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Tovuz rayonu ərazisindəki mağazaların birindən pul və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Ələkbərov saxlanılıb
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 600 manat pul və 1000 manat dəyərində gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Ələkbərov saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonu ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Neftçala rayonu ərazisindəki bir mağazadan və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən rayon sakini C.Məcidov saxlanılıb
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 320 manat pul, 480 manat dəyərində danışıq kartı və tütün məmulatı, bir həyətyanı sahədən 11.650 manat dəyərində 5 ədəd su mühərriki, 2 ədəd laqunda, 2 ədəd dril, 2 ədəd samovar, tikiş maşını, 5 ədəd projektor, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini C.Məcidov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kənd sakinləri İ.Rzayevin və H.Həsənovun həyətlərindən çətənə kolları götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar kənd sakinləri İ.Rzayevin həyətindən 12 ədəd, H.Həsənovun həyətindən isə 13 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb.
Bərdə rayon sakini N.Hüseynovun yaşadığı evdən marixuana və çətənə kolunun hissələri götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində N.Hüseynovun yaşadığı evə baxış zamanı oradan 895 qram marixuana və çətənə kolunun hissələri aşkar olunaraq götürülüb.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobillə qəsəbə sakini Z.Məmmədov vurulub
Sentyabrın 15-də saat 7 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Astara rayon sakini B.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Zahir Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə paytaxt sakini X.Xəlilov vurulub
Sentyabrın 15-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini N.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlil Xəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi və Biləcəri qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı daha 24 nəfər saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə üzvləri saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov və Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən 20 kiloqrama heroin və 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Mahir İsayev əvvəlcə “instagram” sosial şəbəkəsində xarici ölkələrdən birində yaşayan narkotacirlə tanış olub. Onun narkokuryerlik təklifi ilə razılaşan saxlanılan şəxs daha sonra bu işə öz tanışlarını da cəlb edib. Dəstə üzvləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri Astara rayonunda əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər, Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa Binəqədi rayonu, xüsusən Biləcəri qəsəbəsi ərazisində son 5 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı əlavə olaraq 20 nəfər tutularaq istintaqa cəlb edilib. Saxlanılanlar Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Onlardan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.