Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mərdəkan qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə yolu keçən qəsəbə sakini K.Əsgərovu vuraraq hadisə yerindən yayınan sürücü R.Məhərrəmov avtomobillə birgə saxlanılıb
16.09.2022
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə avqustun 30-da saat 22 radələrində Mərdəkan qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini K.Əsgərovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2109” markalı avtomobillə törədilməsi müəyyən olunub. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məhərrəmov avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində “BMW” markalı bir avtomobildən 7790 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Quliyev saxlanılıb
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 6200 manat pul oğurlamaqda şübhəli bilinən A.Məmmədzadə saxlanılıb
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 6200 manatın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini A.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Astara rayonu ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən ev sahibinin qardaşı E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobillə qəsəbə sakini S.Eyvazov vurulub
Sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Zərdab rayonunun Mollakənd kəndi ərazisində "VAZ-2107" markalı avtomobillə şəhər sakini S.Əliyeva vurulub
Sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Polis Bayıl, “20-ci sahə” və Badamdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib – 17 nəfər saxlanılıb
Səbail Rayon Polis İdarəsi və ərazi polis bölmələrinin əməkdaşları tərəfindən rayonun Bayıl, “20-ci sahə” və Badamdar qəsəbələri ərazilərində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən yerlərdə narkotik maddələrin satışını həyata keçirən 17 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Qeyd edək ki, saxlanılan şəxslər sırasında narkotik vasitələrin satışı ilə məşğul olan ana və onun narkokuryerliyə cəlb etdiyi yetkinlik yaşına çatmayan oğlu da var.Faktlarla bağlı toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Səbail rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
15.09.2022
Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xaçmaz şəhər sakini Z.Myakuşanın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən N.Məmmədəliyev saxlanılıb
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 15-də şəhər sakini Z.Myakuşanın 248 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən rayon sakini N.Məmmədəliyev saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Zeynalov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 3 avtomobildən ümumilikdə 1800 manat pul, noutbuk, bankomat kartları, ehtiyat açar və rəng yoxlayan aparat, rabitə qovşağına məxsus dirəklərdən 120 metr rabitə kabeli və qutu, şirkətlərin birindən elektrik naqilləri, bir torpaq sahəsindən 3000 manat dəyərində su çəni, bir həyətyanı sahədən isə 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.