Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini F.Quliyev saxlanılıb
18.09.2022
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə sentyabrın 14-nə keçən gecə Zabrat qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Tərtər şəhər sakini S.Naibovdan marixuana aşkar olunub
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini S.Naibovdan marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “QAZ-31” markalı avtomobilə baxış zamanı oradan əlavə 460 qram marixuana götürülüb. Araşdırma aparılır.
Qəbələ şəhəri ərazisində şəhər sakini Ə.Zeynallı idarə etdiyi avtomobillə yolu keçən T.Eyvazovanı vurub
Sentyabrın 18-də saat 13 radələrində Qəbələ şəhəri ərazisində şəhər sakini Ə.Zeynallı idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Telli Eyvazovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində “VAZ-21214” markalı avtomobillə yolun kənarı ilə atla hərəkən edən E.Abbasov vurulub
Sentyabrın 18-də saat 9 radələrində Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində rayon sakini A.Əsgərov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolun kənarı ilə atla hərəkən edən Qumlu kənd sakini Elgün Abbasovu vurub və nəticədə E.Abbasov hadisə yerində ölüb.Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
17.09.2022
Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini E.Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Abdullayev saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-da Bakı şəhər sakini E.Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini E.Abdullayev müəyyən olunaraq saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhər sakini R.Kazımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən X.Verdiyev və S.Cümşüdov saxlanılıblar
Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsinə şəhər sakini R.Kazımova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Yeni Gəncə qəsəbəsi ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə sakini X.Verdiyev və Göygöl rayon sakini S.Cümşüdov saxlanılıblar. Araşdırma aparılır.
Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə kənd sakini R.Əsgərov vurulub
Sentyabrın 16-da saat 20 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində kənd sakini İ.Xəlilov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Ruslan Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 17-də orada ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
16.09.2022
Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.