Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi qəsəbəsi ərazisində bir qadının cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Nəsirov saxlanılıb
19.09.2022
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 550 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini R.Nəsirov müəyyən olunaraq saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən və bir restorandan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Salayev saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində evlərin birindən 800 manat dəyərində naqil və boru, fəaliyyət göstərməyən bir restorandan isə 2350 manat dəyərində qapı və pəncərələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən C.Səyyadzadə saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 100 manat pul, 3487 dəyərində tütün məmulatı, spirtli içki və şirniyyat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş C.Səyyadzadə saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” markalı avtomobil qarşıda gedən “Zoomlion” markalı yük avtomobilinə çırpılıb
Sentyabrın 19-da saat 9 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Teymur Gadzhıyev idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən M.Mahmudovun idarə etdiyi “Zoomlion” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü və sərnişini, həyat yoldaşı Mahirə Məmmədova hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nizami rayonu Q.Qarayev prospektində “Haval” markalı avtomobillə 30-35 yaşlı qadın vurulub
Sentyabrın 19-da saat 22 radələrində Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Haval” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub və nəticədə piyada hadisə yerində ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Göyçay rayonunun Xəlitli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hasara çırpılıb
Sentyabrın 19-da saat 18 radələrində Göyçay rayonunun Xəlitli kəndi ərazisində kənd sakini Elton Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobili hasara vurub. Nəticədə sürücü və sərnişini olan həmkəndlisi Murad İbrahimov hadisə yerində ölüblər.Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Biləsuvar şəhəri ərazisində “VAZ-2106” markalı avtomobillə şəhər sakini Ə.Qasımov vurulub
Sentyabrın 19-da saat 20 radələrində Biləsuvar şəhəri ərazisində Cəlilabad rayon sakini M.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Əli Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şərur rayonunun Aşağı Daşarx kəndi ərazisində “Foton” markalı avtomobillə kənd sakini S.Qəhrəmanov vurulub
Sentyabrın 18-də saat 5 radələrində Şərur rayonunun Aşağı Daşarx kəndi ərazisində Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.
“Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələrində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 30 nəfər saxlanılıb
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 30 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintqa tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
18.09.2022
Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.