Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
21.09.2022
Sentyabrın 21-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
20.09.2022
Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini X.Əliyev saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsi ərazisində bir mağazadan 1400 manat dəyərində avtomobil ehtiyat hissəsi, bir köşkdən 60 manat pul, 523 manat dəyərində tütün məmulatı və enerji içkiləri, bir evin zirzəmidən isə 2 ədəd velosiped, 2 ədəd skuter, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Rəhimli saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Rəhimli saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Yeni Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Yeni Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Salman Sadıqovu vurub və nəticədə piyada ölüb. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunda son 10 gündə Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 47 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Polis ötən gecə “Papanin” və “Kubinka” da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib – 10 nəfər saxlanılıb, onlardan ikisi qadındır
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən daha 10 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 3 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
19.09.2022
Sentyabrın 19-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakinləri E.Abbasov və R.Cahangirova qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup paytaxt sakini saxlanılıb
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə sentyabrın 19-da 3 nəfərin Bakı şəhər sakinləri E.Abbasovu və R.Cahangirovu döymələri və E.Abbasovun 104 manatını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri E.Əsgərov, R.İsrafilov və Ə.Şərifov müəyyən olunaraq saxlanılıblar. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.