Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən 35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
26.09.2022
Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib.Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 34 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb. Həmin şxəslərdən 9 kiloqram, o cümlədən 4 kiloqram heroin, 1 kiloqram metamfetamin və 4 kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram, cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin 4 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən sonuncu faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Ötən gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub
25.09.2022
Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluq etdiyinə görə tutulan V.Qasımovun Tovuz rayonu ərazisindəki otlaq sahəsindən 5 baş inəyi oğurlaması da müəyyən olunub
Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan V.Qasımovun ətrafında aparılan tədbirlərlə onun Tovuz rayonunun Əhmədabad kəndi ərazisindəki otlaq sahəsindən rayon sakini İ.Əliyevə məxsus 5 baş inəyi oğurlaması da müəyyən olunub.
Hacıqabul rayonu ərazisində saxlanılan sürücü Q.Məmmədovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücü, Bakı şəhər sakini Q.Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkar olunaraq götürülüb.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində azyaşlı bir qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini olan azyaşlı bir qızın qızıl sırğasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Qasımzadə və G.Kamranlı müəyyən olunaraq saxlanılıblar. Araşdrma aparılır.
Bakı şəhər sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə Bakı şəhər sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Gülməmmədov və Lənkəran rayon sakini N.Heydərov müəyyən olunaraq saxlanılıblar. Araşdrma aparılır.
Quba rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən A.Xudaverdiyev və C.Güləliyev saxlanılıblar
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4400 manat pul oğurlamaqda şübhəli bilinən Bərqov kənd sakinləri A.Xudaverdiyev və C.Güləliyev saxlanılıblar. Araşdırma aparılır.
Zaqatala rayonunun Lahıc kənd sakini S.Atayevdən marixuana və ov tüfəngi götürülüb
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lahıc kənd sakini, əvvəllər məhkum olunmuş S.Atayevdən 91 qramdan artıq marixuana, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Ağdaş rayonunun Malay kənd sakini K.Allahverdiyevdən marixuana və çətənə kolları götürülüb
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Malay kənd sakini K.Allahverdiyevdən 10 qramdan artıq marixuana, həmçinin kənd ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.