Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kürdəmir şəhəri ərazisində bir avtomobildən yanacaq oğurlamağa cəhd göstərən Balakən rayon sakini İ.Məsiyev saxlanılıb
24.09.2022
Sentyabrın 24-də saat 4 radələrində Kürdəmir şəhəri ərazisində “VAZ-2107” markalı bir avtomobildən yanacaq oğurlamağa cəhd göstərən Balakən rayon sakini İ.Məsiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin gün Xızı rayonu ərazisindən “VAZ-2106” markalı bir avtomobili qaçırması da müəyyən olunub.
Yasamal rayonu ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 4300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Lənkəran şəhər sakinləri O.Quluzadə, C.Qasımov və F.Kazımovdan heroin götürülüb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini O.Quluzadədən heroin aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona verməkdə şübhəli bilinən həmyerliləri C.Qasımov və F.Kazımov da müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan da heroin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə F.Kazımovun həyətinə baxış zamanı isə oradan 4 kiloqram 370 qram heroin götürülüb.
Beyləqan rayon sakini V.Mirzəzadədən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlinəzərli kənd sakini V.Mirzəzadədən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Quba şəhər sakini N.Əzizovdan 470 qram marixuana götürülüb
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əzizovdan 470 qram marixuana aşkar olunaraq götürülüb.
Astara şəhər sakini B.Mirzəyevdən qanunsuz saxladığı ov tüfəngi və onun vasitələri götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini B.Mirzəyevdən qanunsuz saxladığı “İJ-18” markalı ov tüfəngi, 3 ədəd patron, 2 ədəd giliz və 1 ədəd patron üçün kəmər götürülüb.
Xətai rayonu ərazisində “Mercedes” markalı avtomobillə Saatlı rayon sakini R.Əhmədova vurulub
Sentyabrın 24-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini A.Bayramlı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Rəmziyyə Əhmədovanı vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə Yardımlı rayon sakini E.Qasımlı vurulub
Sentyabrın 24-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Ə.Nəcəfov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Elcan Qasımlını vurub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Bərdə şəhəri ərazisində “Kia” markalı avtomobillə Ağdam rayon sakinləri A.İsmayılov və onun həyat yoldaşı R.İsmayılova vurulub
Sentyabrın 24-də saat 22 radələrində Bərdə şəhəri ərazisində rayon sakini R.Balakişiyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Ağdam rayon sakinləri A.İsmayılovu və həyat yoldaşı Röya İsmayılovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yasamal rayonunda sentyabr ayının 1-dən bu günə qədər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb. Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.