Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ötən gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub

25.09.2022

Sentyabrın  25-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 17, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

25.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Ötən gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub 25.09.2022
  • Oğurluq etdiyinə görə tutulan V.Qasımovun Tovuz rayonu ərazisindəki otlaq sahəsindən 5 baş inəyi oğurlaması da müəyyən olunub 25.09.2022
  • Hacıqabul rayonu ərazisində saxlanılan sürücü Q.Məmmədovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub 25.09.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində azyaşlı bir qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 25.09.2022
  • Bakı şəhər sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 25.09.2022
  • Quba rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən A.Xudaverdiyev və C.Güləliyev saxlanılıblar 25.09.2022
  • Zaqatala rayonunun Lahıc kənd sakini S.Atayevdən marixuana və ov tüfəngi götürülüb 25.09.2022
  • Ağdaş rayonunun Malay kənd sakini K.Allahverdiyevdən marixuana və çətənə kolları götürülüb 25.09.2022
  • Ucar rayonunun Lək kənd sakini S.Heydərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 25.09.2022
  • Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində “Land Rover” markalı avtomobillə Xaçmaz rayon sakini S.Vəliyev vurulub 25.09.2022
  • Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub 25.09.2022