Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonu ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini M.Alıyev saxlanılıb
21.08.2022
Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda 1207 manat, 900 ABŞ dolları, 6770 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini əvvəllər məhkum olunmuş M.Alıyev saxlanılıb.
“Range Rover” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Cari il avqustun 20-də bir qadına məxsus “Range Rover” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və N.Hüseynov saxlanılıb
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş E.İsmayılov və N.Hüseynov saxlanılıb. Üzərilərinə baxış küçirilən zaman onlardan 558 qramdan artıq heroin, 500 qram metamfetamin və 3 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
20.08.2022
Avqustun 20-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gəncə şəhərində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəhər sakini G.Abdullayeva saxlanılıb
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində naməlum şəxs şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.
Suraxanı rayonunun Binə qəsəbəsinin ərazisində iki evdən oğurluq etməkdə şübhəli bilinən Ç.Kərimov saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsinin ərazisində iki evdən 1905 manat dəyərində sərinkeş, qaynaq aparatı, 3000 manat dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Ç.Kərimov saxlanılıb.
Quba şəhər sakini S.Yusufovun yaşadığı ünvandan 11 kiloqramdan artıq marixuana götürülüb
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Yusufovun yaşadığı ünvana baxış zamanı oradan 11 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
19.08.2022
Avqustun 19-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şahbuz rayonunun Biçənək kəndi ərazisində “Toyota” markalı avtomobil dərəyə aşıb
Avqustun 18-də saat 22 radələrində Şahbuz rayonunun Biçənək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sərnişin Abbas Hüseynov orada ölüb. Şahbuz RPŞ-də araşdırma aparılır.
Sabunçu rayonu ərazisində yerləşən bir müəssisə, bir ofis və bir evdən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini R.Şahbazov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir müəssisə, bir ofis və bir evdən ümumilikdə 190 metr telefon kabeli, 1500 manat dəyərində məişət əşyaları və naqil 400 manat dəyərində 2 ədəd samovar, 2 ədəd su mühərriki, boru, qaz balonu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş R.Şahbazov saxlanılıb.