Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ucar rayonunun Lək kənd sakini S.Heydərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
25.09.2022
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lək kənd sakini S.Heydərovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində “Land Rover” markalı avtomobillə Xaçmaz rayon sakini S.Vəliyev vurulub
Sentyabrın 25-də saat 12 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Bakı şəhər sakini M.Hacıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakini Süleyman Vəliyevi vurub. Nəticədə S.Vəliyev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub
Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub
24.09.2022
Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ağsu rayon sakini Ş.Piriyevin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən N.İbrahimov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 24-də Ağsu rayon sakini Ş.Piriyevin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Babək rayon sakini N.İbrahimov saxlanılıb. Araşdırma aparılır.
Kürdəmir şəhəri ərazisində bir avtomobildən yanacaq oğurlamağa cəhd göstərən Balakən rayon sakini İ.Məsiyev saxlanılıb
Sentyabrın 24-də saat 4 radələrində Kürdəmir şəhəri ərazisində “VAZ-2107” markalı bir avtomobildən yanacaq oğurlamağa cəhd göstərən Balakən rayon sakini İ.Məsiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin gün Xızı rayonu ərazisindən “VAZ-2106” markalı bir avtomobili qaçırması da müəyyən olunub.
Yasamal rayonu ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 4300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Lənkəran şəhər sakinləri O.Quluzadə, C.Qasımov və F.Kazımovdan heroin götürülüb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini O.Quluzadədən heroin aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona verməkdə şübhəli bilinən həmyerliləri C.Qasımov və F.Kazımov da müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan da heroin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə F.Kazımovun həyətinə baxış zamanı isə oradan 4 kiloqram 370 qram heroin götürülüb.
Beyləqan rayon sakini V.Mirzəzadədən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlinəzərli kənd sakini V.Mirzəzadədən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Quba şəhər sakini N.Əzizovdan 470 qram marixuana götürülüb
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əzizovdan 470 qram marixuana aşkar olunaraq götürülüb.