Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində “Renault” markalı avtomobil çaya aşıb
28.09.2022
Sentyabrın 29-da saat 1 radələrində Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində Lənkəran şəhər sakini Ə.Qasımov idarə etdiyi “Renault” markalı avtomobili çaya aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - Lənkəran şəhər sakinləri Bəhram Məmmədzadə və Zaur Əlizadə hadisə yerində ölüblər.Masallı RPŞ-də araşdırma aparılır.
Nizami rayonunun Babək prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini M.Allahverdiyeva vurulub
Sentyabrın 28-də saat 8 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini P.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Mahirə Allahverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Nizami RPİ-də araşdırma aparılır.
Qəbələ rayonunun Zarağan kəndi ərazisində “Ford Transit” markalı avtomobillə rayon sakini M.Cəlilov vurulub
Sentyabrın 28-də saat 20 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində Böyük Pirəli kənd sakini C.Ağababayev idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Dızaxlı kənd sakini Mirzəsöyün Cəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Qəbələ RPŞ-də araşdırma aparılır.
Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2107” markalı iki avtomobil toqquşub
Sentyabrın 28-də saat 16 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Gədəbəy rayon sakini R.Məmmədəliyevin idarə etdiyi “VAZ-2107” və İrmaşlı kənd sakini S.Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Orxan Quliyev orada ölüb.Şəmkir RPŞ-də araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki fermaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki fermaların birindən 8500 manat dəyərində arpa və 200 ədəd dibçək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Məmmədov və İ.Musalı saxlanılıblar.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində bir avtomobildən 81 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinənlərdən biri saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub
Gəncə ŞBPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən 15000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub.Əməliyyat-axtarış tədbirləri aparılır.
Sabirabad rayon sakini M.Qasımovun evinin həyətindən marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Qasımovun yaşadığı Cavad kəndindəki evin həyətinə baxış zamanı oradan 785 qramdan artıq marixuana və qanunsuz saxladığı “Magnum 901 G” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Şamaxı şəhər sakini E.Mayılovun avtomobilini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Şamaxı Rayon Polis Şöbəsinə sentyabrın 28-nə keçən gecə şəhər sakini E.Mayılovun “VAZ-2106” markalı avtomobilinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri N.Abdullayev və Ü.Vahidov müəyyən edilərək saxlanılıblar.Araşdırma aparılır.
Xətai rayonunda qadının 3200 manatlıq qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib. Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 3200 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nahid Heydərov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.Faktla bağlı Nahid Heydərov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xəzər rayonu Şüvəlan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyatlar nəticəsində qəsəbə ərazisində yaşayan İntiqam Şeydayev, Araz Rzayev qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.