Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
27.09.2022
Sentyabrın 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Ə.Qədəşovu münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən S.Zülalov tutularaq istintaqa təhvil verilib
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə sentyabrın 27-də saat 5 radələrində Hövsan qəsəbəsində qəsəbə sakini Əfqan Qədəşovun öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini S.Zülalovun münaqişə zəminində Ə.Qədəşova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bir neçə vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirzəyev saxlanılıb
Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonunun H.Cavid prospektində yerləşən bir gözəllik salonundan cüzdan və bir mağazadan pul oğurlamaqda şübhəli bilinən S.Ağayeva saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən R.Hümbətov saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Hümbətov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Fatmayı kəndindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən C.Əliyarov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Fatmayı kəndindəki evlərin birindən 35.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini C.Əliyarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini O.Aydınovun cüzdanını oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini O.Aydınovun içərisində 400 manatı və sənədləri olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini X.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini H.Bağırovdan 465 qram marixuana götürülüb
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini H.Bağırovdan 465 qram marixuana aşkar olunaraq götürülüb.
Yevlax şəhər sakini K.Xəlilovdan 415 qram marixuana götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş K.Xəlilovdan 415 qram marixuana götürülüb.
Göygöl rayonunun Aşıqlı kəndi ərazisində “VAZ-21213” markalı avtomobillə kənd sakini M.Həsənov vurulub
Sentyabrın 26-da saat 20 radələrində Göygöl rayonunun Aşıqlı kəndi ərazisində Gəncə şəhər sakini V.İsrafilov idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən kənd sakini Mahir Həsənovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.