Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitənin təsiri altında avtomobil idarə etmiş Astara rayon sakini Asif Cabbarovun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətində inzibati qaydada həbs edilib
30.09.2022
Sentyabrın 25-də Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “VAZ 2103” markalı avtomobil ödənilməyən cərimə borcları olduğuna görə saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Astara rayon sakini Asif Cabbarovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib olunub.Lənkəran rayon Məhkəməsinin qərarı ilə A.Cabbarov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətində inzibati qaydada həbs edilib.
İntihar məqsədi ilə özünü dənizə atmış Ağstafa rayon sakini A.Həsənbəyova xilas edilib və xəstəxanaya yerləşdirilib
Sentyabrın 30-da saat 20 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda Ağstafa rayon sakini A.Həsənbəyova intihar məqsədi ilə özünü dənizə atıb. Polis əməkdaşlarının çevikliyi sayəsində o, xilas edilib və xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Gəncə şəhər sakini Fuad Abdulhalimovun qətlində A.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə oktyabrın 1-də saat 1 radələrində şəhər sakini Fuad Abdulhalimovun boyun nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin Gəncə şəhər sakini A.Kərimov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Ələkbərovdan heroin aşkar olunaraq götürülüb
Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bazarda biq qadının çantasından içərisində 220 manatı və sənədləri olan, digər qadının isə içərisində 500 manatı olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Masallı rayon sakini E.Yusubovdan heroin və 1 ədəd bıçaq götürülüb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının Şirvan şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Yusubovdan heroin və 1 ədəd bıçaq götürülüb.
Oğurluq etdiyinə görə tutulan E.Rzayevin daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən olunub
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan E.Rzayevin rayon ərazisində daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən olunub.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 30-da saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində İmişli rayon sakini F.Eminalıyev idarə etdiyi “Scaniya” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini R.Əsgərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa vurub, R.Əsgərov idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini A.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Nəticədə R.Əsgərovun sərnişinlərindən Vahid Mirzəyev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cəlilabad rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 30-da saat 22 radələrində Cəlilabad rayonunun Muğan kəndi ərazisində Göytəpə şəhər sakini Mübariz Aslanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini İslam Musayev hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
29.09.2022
Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovu qətlə yetirməkdə şübhəli bilinən qardaşı oğlu tutularaq istintaqa təhvil verilib
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə sentyabrın 29-da saat 2 radələrində Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovun üzərində xəsarətlər olan meyitinin tapılması barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Bakı şəhər sakini Ş.Qədəşovun aralarında yaranmış münaqişə zamanı əmisi V.Qədəşova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.