Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva müəyyən olunaraq saxlanılıb
03.10.2022
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
İçərisində 1300 manat olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Cəfərov müəyyən olunaraq saxlanılıb
Xətai RPİ 34-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini K.Əliyev müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində “Mercedes” markalı bir avtomobildən 70 manat və 400 ABŞ dolları, “Opel” markalı digər avtomobildən isə 1935 manat dəyərində 202 ədəd eynək oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdaş rayon sakini C.Məmmədov saxlanılıb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birində kassadan 500 manat pulu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdaş rayon sakini C.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 3-də saat 21 radələrində İmişli şəhəri ərazisində rayon sakini C.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Reyhan Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
02.10.2022
Oktyabrın 2-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə oktyabrın 2-də saat 5 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinin ona zor tətbiq edərək içərisində 50 manat, 100 rubl və sənədləri olan cüzdanını talaması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
8400 manat pulun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini R.Teymurov saxlanılıb
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini R.Teymurova məxsus “Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb. Araşdırma aparılır.
Quba rayonunun Xucbala kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 2-də saat 17 radələrində Quba rayonunun Xucbala kəndi ərazisində rayon sakini E.Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən kənd sakini Zülfüqar Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
01.10.2022
Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.