Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan şəhər sakini C.Alışovdan narkotik vasitələr aşkar edilərək götürülüb
05.10.2022
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Alışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 24 qramdan artıq heroin və 4 qramdan artıq tiryək aşkar edilib. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 917 qrama yaxın heroin, 12 qramdan artıq metamfetamin və marixuana götürülüb.
Dələduzluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini T.Sadıxzadə saxlanılıb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 6 nəfərin bank hesablarından 1626 manat pul oğurlamaqda, 2 nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini T.Sadıxzadə saxlanılıb.Araşdırma aparılır.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazisindən silah-sursat tapılmışdır
Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş ərazisindən 1 ədəd “RPQ-B” markalı qumbaraatan, 6 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd “PKT” markalı pulemyot, 12 ədəd “F-1” qumbarası, 1 ədəd pulemyot lüləsi, 6 ədəd patron darağı və 3853 ədəd müxtəlif çaplı patron tapılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
04.10.2022
Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq etməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakini S.Abdullayev müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsinə oktyabrın 3-də Ceyranbatan qəsəbəsi ərazisindəki marketlərin birində naməlum şəxsin kassadan 70 manat pulu soyğunçuluq yolu ilə talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş S.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bədirov və M.Əmiraslanov müəyyən olunaraq saxlanılıblar
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bədirov və M.Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Əsədullayeva müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində “Ravon” markalı bir avtomobildən 1150 manat pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Əsədullayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirov avtomobillə birgə saxlanılıb
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva avtomobillə birgə saxlanılıb
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu və 1 kiloqram 550 qram marixuana aşkar olunaraq götürülüb
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Murğuzallı kənd sakini R.İmanovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu və 1 kiloqram 550 qram marixuana aşkar olunaraq götürülüb.