Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonu ərazisindəki evlərin birindən 5440 manat pul oğurlamaqda şübhəli bilinən A.Qafarova saxlanılıb
31.08.2022
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də rayon ərazisindəki evlərin birindən 5440 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qafarova saxlanılıb.
Şəmkir şəhər sakini V.Cəfərov saxlanılıb, ondan 6 qramdan artıq marixuana aşkar edilib
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş V.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 45 qram marixuana götürülüb.
Yasamal rayonunda “Sovetski” və Qədirli küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər tutulub. Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında metamfetamin və heroindən istifadə etməklə yanaşı satışı ilə də məşğul olduqlarını etiraf ediblər.Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
30.08.2022
Avqustun 30-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Neftçala rayonunun Xıllı qəsəbə sakini S.Əliyevi münaqişə zəminində öldürməkdə şübhəli bilinən S.Qurbanov tutularaq istintaqa təhvil verilib
Neftçala Rayon Polis Şöbəsinə avqustun 30-da saat 11 radələrində Xıllı qəsəbəsində Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla rayon sakini, əvvəllər məhkum olunmuş S.Qurbanovun münaqişə zəminində onu qayçı ilə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.
Qusar rayonunun Piral kənd sakini O.Mollayevanı münaqişə zəminində bıçaqla qəsdən öldürməkdə çübhəli bilinən F.Mollayev tutularaq istintaqa təhvil verilib
Qusar Rayon Polis Şöbəsinə avqustun 30-da saat 23 radələrində Piral kənd sakini Oksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla qadının əri F.Mollayev tərəfindən münaqişə zəminində bıçaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Mollayev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Yasamal rayonu ərazisində “BYD” markalı avtomobil yolun kənarındakı çökəkliyə aşıb
Avqustun 30-da saat 19 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Nihad Rüstəmov idarə etdiyi “BYD” markalı avtomobili yolun kənarındakı çökəkliyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə İmişli rayon sakini Ə.Mustafayev vurulub
Avqustun 30-da saat 20 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Baxışov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Əliqulu Mustafayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri ərazisində “BMW” markalı avtomobillə piyada vurulub
Avqustun 30-da saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Ş.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Həmzə Yusubovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə ŞBPİ-də araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən parkların birində bir vətəndaşa məxsus pulqabını oğurlamaqda şübhəli bilinən C.Mirzəyev saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən parkların birində bir vətəndaşa məxsus içərisində 1838 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Mirzəyev saxlanılıb. Araşdırma aparılır.