DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

30.09.2022

Sentyabrın 30-da saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində İmişli rayon sakini F.Eminalıyev idarə etdiyi “Scaniya” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini R.Əsgərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa vurub, R.Əsgərov idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini A.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Nəticədə R.Əsgərovun sərnişinlərindən Vahid Mirzəyev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

30.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 30.09.2022
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə etmiş Astara rayon sakini Asif Cabbarovun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətində inzibati qaydada həbs edilib 30.09.2022
  • İntihar məqsədi ilə özünü dənizə atmış Ağstafa rayon sakini A.Həsənbəyova xilas edilib və xəstəxanaya yerləşdirilib 30.09.2022
  • Gəncə şəhər sakini Fuad Abdulhalimovun qətlində A.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib 30.09.2022
  • Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Ələkbərovdan heroin aşkar olunaraq götürülüb 30.09.2022
  • Masallı rayon sakini E.Yusubovdan heroin və 1 ədəd bıçaq götürülüb 30.09.2022
  • Oğurluq etdiyinə görə tutulan E.Rzayevin daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən olunub 30.09.2022
  • Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 30.09.2022
  • Cəlilabad rayonunun Muğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi 30.09.2022