Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.10.2022
Oktyabrın 1-də saat 21 radələrində Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində velosiped sürən kənd sakini Rəşad Hüseynov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Quliyev müəyyən olunaraq saxlanılıb
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Z.İsmayılov saxlanılıb
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə Bakı şəhər sakini C.Məmmədbəyovun “VAZ-2107” markalı avtomobilinin M.Hadi küçəsindən qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Buzovna qəsəbəsi ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini F.Qasımovdan 432 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Qasımovdan 432 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüblər.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 1-də saat 19 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində Bərdə rayon sakini Z.Hüseynovun idarə etdiyi “VAZ-2104” və Tərtər rayon sakini F.Novruzovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə F.Novruzovun sərnişini Fərrux Orucov hadisə yerində ölüb, hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdiriliblər. Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gəncə şəhəri Ş.İ.Xətai prospektində yol-nəqliyyat hadisəsi
Oktyabrın 1-də saat 21 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində şəhər sakini S.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Aslan Aslanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Sentyabrın 30-da saat 19 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində İmişli rayon sakini F.Eminalıyev idarə etdiyi “Scaniya” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini R.Əsgərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa vurub, R.Əsgərov idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini A.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Nəticədə R.Əsgərovun sərnişinlərindən Vahid Mirzəyev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən 222 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən ümumilikdə 222 nəfər saxlanılıb. Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-nu barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları və su sayğacları oğurlayan, habelə quldurluq törədən 34 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 51 obyekti qarət etdikləri müəyyən edilib. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
30.09.2022
Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.