DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən 222 nəfər saxlanılıb

01.10.2022

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən ümumilikdə 222 nəfər saxlanılıb. Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-nu barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları və su sayğacları oğurlayan, habelə quldurluq törədən 34 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 51 obyekti qarət etdikləri müəyyən edilib. 
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 

01.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub 01.10.2022
  • Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində yol-nəqliyyat hadisəsi 01.10.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Quliyev müəyyən olunaraq saxlanılıb 01.10.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Z.İsmayılov saxlanılıb 01.10.2022
  • Mingəçevir şəhər sakini F.Qasımovdan 432 qramdan artıq marixuana aşkar olunaraq götürülüb 01.10.2022
  • Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 01.10.2022
  • Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi 01.10.2022
  • Gəncə şəhəri Ş.İ.Xətai prospektində yol-nəqliyyat hadisəsi 01.10.2022
  • Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 01.10.2022
  • Narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən 222 nəfər saxlanılıb 01.10.2022