Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobillə qəsəbə sakini A.Süleymanov vurulub
31.08.2022
Avqustun 31-də saat 17 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Rüstəmov idarə etdiyi avtomobillə yolu keçən qəsəbə sakini A.Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Xəzər RPİ-də araşdırma aparılır.
Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində avtomobillə rayon sakini Ə.Həşimov vurulub
Avqustun 31-də saat 5 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Mingəçevir şəhər sakini R.Hüseynov idarə etdiyi avtomobillə yolu keçən Əmirarx kənd sakini Ə.Həşimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şirvan şəhərinin Nizami küçəsində avtomobillə şəhər sakini R.Aslanov vurulub
Avqustun 31-də saat 13 radələrində Şirvan şəhərinin Nizami küçəsində şəhər sakini R.Abbasov idarə etdiyi avtomobillə həmyerlisi R.Aslanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Şirvan ŞPŞ-də araşdırma aparılır.
Vətəndaşı aldadıb mopedini almaqda şübhəli bilinən Bakı şəhər sakini N.Stepanov saxlanılıb
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də R.Quliyevi aldadıb mopedini almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Stepanov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Moped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da İ.Xudiyevin 2200 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb.
Sabunçu rayonu ərazisindəki mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki mağazaların birindən 1100 manat pul və 50 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Bəkirov və Xırdalan şəhər sakini Ə.Quliyev saxlanılıblar.
Ağsu rayon sakini Z.Xaliq oğlunu öldürəcəyi ilə hədələyərək pul tələb etməkdə şübhəli bilinən S.Yarıyev saxlanılıb
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Ağsu rayon sakini Z.Xaliq oğlunu öldürəcəyi ilə hədələyərək 3000 manat pul tələb etməkdə şübhəli bilinən S.Yarıyev saxlanılıb.Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini N.İsmayılov saxlanılıb
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki 3 evdən ümumilikdə 445 manat pul, 1 ədəd mobil telefon və 1655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.İsmayılov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
“Niva” markalı avtomobildən fotoaparat oğurlamaqda şübhəli bilinən Ə.Kazımov saxlanılıb
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də N.Babayevə məxsus “Niva” markalı avtomobildən 800 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kazımov saxlanılıb.
Pirallahı rayonu ərazisindəki evlərin birindən kombi və 8 ədəd radiator oğurlamaqda şübhəli bilinən İ.İdiatulov saxlanılıb
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində kombi və 8 ədəd radiator oğurlamaqda şübhəli bilinən İ.İdiatulov saxlanılıb.