Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini Ramil Quliyevdən şəxsi axtarış zamanı 105 qramdan artıq heroin aşkar olunaraq götürülüb
14.10.2022
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 105 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Həsənli müəyyən olunaraq saxlanılıb
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə Bakı şəhər sakini T.Qurbanzadənin bank hesabından 246 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Həsənli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulunun və mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə rayon ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 manat və 700 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 14-də saat 18 radələrində Şəki şəhəri ərazisində S.İlyasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Səadət Abbasovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 14-də saat 19 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini H.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəzər, Suraxanı və Sabunçu rayonlarında 20 evdən oğurluq edən dəstə üzvləri saxlanılıblar
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuşlar Ümüd Kərimov və Nihat Qafari tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıblar.Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Binə qəsəbəsində oğurluqlar edən digər dəstənin üzvləri – əvvəllər məhkum olunmuş Sərhad Əmirov, Sübhan Ağayev vəə Ramin Qarayev tutulublar. Bu şəxslərin Xəzər rayonunda 7 evdən və 1 mağazadan oğurluq etdikləri müəyyən edilib. Onların Binə qəsəbəsində yerləşən mağazadan 1600 manat oğurladıqları müəyyən edilib.Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da daha 3 mənzildən oğurluqlar etdikləri sübuta yetirilib. Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub
13.10.2022
Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində iki evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Cəbiyev saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsi ərazisində iki evdən 3200 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cəbiyev saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunda bir evin həyətindən və bir şirkətə məxsus sahədən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Kərimov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsi ərazisində inşası başa çatmayan bir evin həyətindən 1665 manat dəyərində elektrik naqili və dəmir dirəklər, Binəqədi qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus sahədən isə 420 metr naqil və 18 metr boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Kərimov saxlanılıb. Araşdırma aparılır.