Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Quldurluqda şübhəli bilinən E.Əhmədov və Gəncə şəhər sakini S.Məhərəmov saxlanılıblar
15.10.2022
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Allahverdiyevi bıçaqla hədələyib pulunu, 2 ədəd mobil telefonunu və qol saatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən E.Əhmədov və Gəncə şəhər sakini S.Məhərəmov saxlanılıblar.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Əhmədov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Şabran rayon sakinləri R.Məmmədov və E.İbrahimov saxlanılıblar
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Məmmədov və E.İbrahimov saxlanılıblar. Araşdırma aparılır.
DİO əməkdaşaları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ç.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd, yaşadığı evə baxış zamanı isə 2 ədəd çətənə kolu və 7 kiloqram 555 qram marixuana aşkar olunaraq götürülüb.
Tərtər rayon sakini R.Naqiyevdən 475 qram marixuana aşkar olunaraq götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini R.Naqiyevdən 475 qram marixuana aşkar olunaraq götürülüb.
Oğurluq etdiyinə görə tutulmuş E.Zeynalovun və A.Xeyirxəbərovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş E.Zeynalovun və A.Xeyirxəbərovun rayon ərazisindəki mağazaların birindən 2463 manat dəyərində 5 ədəd mobil telefon və 28 ədəd qol saatı oğurlamaları da müəyyən olunub.
Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 15-də saat 10 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşduqdan sonra “KİA” markalı avtomobil yolun kənarında gedən şəhər sakinləri Şamaxı Məmmədovanı və Xədicə Sultanovanı vurub. Nəticədə piyadalardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüblər.Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub
14.10.2022
Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib
Oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.Masallı rayon məhkəməsinin qərarı ilə M.Məmmədov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.
Quldurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini İlqar Eynullayev saxlanılıb
Masallı Rayon Polis Şöbəsinə oktyabrın 14-də şəhər ərazisində bir nəfərin Şıxlar kənd sakini İ.Bayramovu bıçaqla hədələyib mobil telefonunu alması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Eynullayev saxlanılıb. Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.