Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hacıqabul rayonunda avtomobili narkotik vasitənin təsiri altında idarə edən Beyləqan rayon sakini H.Bəhmənzadə və sərnişini Q.Məhərrəmov saxlanılıblar
17.10.2022
Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini H.Bəhmənzadənin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı sərnişini, Cəlilabad rayon sakini Q.Məhərrəmova məxsus 250 qram marixuana və 6 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Q.Məhərrəmov və H.Bəhmənzadə saxlanılıblar. Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
Dələduzluq və oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Əliyev saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini L.Ağayevaya qarşı dələduzluq etməkdə, Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birində orada işləyən T.Abbasovanın cüzdanından pul və qəsəbə ərazisindəki neft quyularının birindən 910 manat dəyərində elektrik mühərrikini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonunun F.X.Xoyski küçəsində yerləşən yarmarkada Astara rayon sakini T.Baxşiyevi döyməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə oktyabrın 17-də saat 10 radələrində F.X.Xoyski küçəsində yerləşən yarmarkada 2 nəfərin xuliqanlıq zəminində Astara rayon sakini T.Baxşiyevi döymələri barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri R.Məmmədov və T.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Mahmudovdan narkotik vasitələr aşkar olunub
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun “BMW” markalı avtomobilinə baxış zamanı oradan da metamfetamin, 1 ədəd metadon və 4 ədəd preqabalin həbləri götürülüb. Araşdırma aparılır.
Nəsimi rayonunun D.Əliyeva küçəsindəki evlərdən birinin girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən N.Nurəliyev saxlanılıb
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə oktyabrın 13-nə keçən gecə D.Əliyeva küçəsindəki evlərdən birinin girişindən 1500 manat dəyərində 2 ədəd velosipedin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
Göyçay rayonunun Alpout kənd sakini İ.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Alpout kənd sakini İ.Məmmədovdan qanunsuz saxladığı “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 17-də saat 1 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Mirizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Elnur Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
16.10.2022
Oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan rayon sakini Rahib Abbaslının ölümündə N.Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib
Beyləqan Rayon Polis Şöbəsinə oktyabrın 16-da xəsarətlə xəstəxanaya yerləşdirilən rayon sakini Rahib Abbaslının orada ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla şəhər sakini N.Əsədovun münaqişə zəminində daş parçası ilə R.Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının kekirdikləri əməliyyat tədbiri nəticəsində N.Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.
2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini V.Nəzərov müəyyən olunaraq saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.