Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Astara rayonunun Xıçasu kənd sakini M.Gənciyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
09.10.2022
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xıçasu kənd sakini M.Gənciyevdən qanunsuz saxladığı “İJ-18” markalı ov tüfəngi götürülüb.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə Bakı şəhər sakini M.Nağızadəni vuraraq hadisə yerindən yayınan sürücü R.Kərimov saxlanılıb
Oktyabrın 9-da saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini R.Kərimov saxlanılıb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Yevlax rayonunun Gülövşə kəndi ərazisində “VAZ-210104” və “Tofaş” markalı avtomobillər toqquşub
Oktyabrın 9-da saat 10 radələrində Yevlax rayonunun Gülövşə kəndi ərazisində Şəki rayon sakini İ.Kazımzadənin idarə etdiyi “VAZ-210104” və Salyan rayon sakini F.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə F.Kərimovun sərnişinlərindən Günay Kərimova hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quba şəhəri ərazisində “Hyundai” markalı avtomobillə şəhər sakinləri G.Fərzəliyeva və 2 oğlu vurulub
Oktyabrın 9-da saat 16 radələrində Quba şəhəri ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarı ilə gedən şəhər sakinləri Günay Fərzəliyevanı və 2 oğlunu vurub. Nəticədə G.Fərzəliyeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən uşaqların vəziyyətləri qənaətbəxşdir.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
08.10.2022
Oktyabrın 8-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan rayonundan 14 yaşlı bir qızı evlənmək məqsədilə zorla qaçıran şəxslər Samux rayonu ərazisində avtomobillə birgə saxlanılıblar
Beyləqan Rayon Polis Şöbəsinə oktyabrın 7-də rayon sakini olan 14 yaşlı bir qızın evlənmək məqsədilə oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qızın rayon sakini F.Kamilli tərəfindən O.Ənvərli ilə birgə “VAZ-21099” markalı avtomobildə zorla qaçırılması müəyyən olunub. Görülən tədbirlərlə onlar Samux rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.Faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Salyan rayonunun Noxudlu kənd sakini K.Nəcəfovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Noxudlu kənd sakini K.Nəcəfovdan qanunsuz saxladığı “TU” markalı ov tüfəngi götürülüb.
Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində yol qəzası törədərək hadisə yerindən yayınan sürücü T.Eyvazov saxlanılıb
Oktyabrın 1-də saat 21 radələrində Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində velosiped sürən kənd sakini Rəşad Hüseynov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21065” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, Ucar rayon sakini Tağı Eyvazov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində “VAZ-2106” markalı avtomobil su kanalına aşıb
Oktyabrın 8-də saat 23 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində rayon sakini F.Səmidov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qaz borusuna vuraraq su kanalına aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Nailə Mahmudova və Elnarə Hacıyeva orada ölüblər. Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində “Range Rover” və “KİA” markalı avtomobillər toqquşub
Oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Babayevin idarə etdiyi “Range Rover” və Göygöl rayon sakini A.Məhərrəmovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə A.Məhərrəmovun sərnişini Zülfüqar Zülfüqarov hadisə yerində ölüb, özü və digər sərnişini Ayxan Süleymanlı xəstəxanaya yerləşdiriliblər. A.Süleymanlı orada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.