Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri B.Sadıqov, F.Torçiyev, X.Qarayev və E.Zeynalov saxlanılıblar
16.10.2022
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş F.Torçiyevlə birgə daha bir evdən 12.000 manat pul, digər evdən isə 143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan cüzdan oğurlaması, həmyerlisi, əvvəllər məhkum olunmuş X.Qarayev və E.Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub.Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Torçiyev, X.Qarayev və E.Zeynalov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Həsənov saxlanılıb
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə oktyabrın 16-da Şüvəlan qəsəbəsi ərazisindən Ə.Quluzadənin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Binə qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Həsənov saxlanılıb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Saatlı rayonunun Gomuşçu kənd sakini Y.Allayarovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gomuşçu kənd sakini Y.Allayarovdan qanunsuz saxladığı “Toz-17” markalı ov tüfəngi götürülüb.
Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 16-da saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakini C.Qasımovun idarə etdiyi “KamAZ” və həmyerlisi Ədalət Nurməmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Nurməmmədov hadisə yerində ölüb, sərnişini olan həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 16-da saat 4 radələrində Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini V.Cavadov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmyerlisi Şahbaz Əmirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 16-da saat 13 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində kənd sakinləri B.Seyidovun idarə etdiyi “Mercedes” və A.Kərimovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə B.Seyidovun sərnişini olan 3 yaşlı qızı hadisə yerində ölüb.Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
15.10.2022
Oktyabrın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
11 yeni avtomobildən ümumilikdə 1595 manat dəyərində akkumulyatorları oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə Babək prospektində yerləşən avtosalonların birində “UAZ” markalı 11 yeni avtomobildən ümumilikdə 1595 manat dəyərində akkumulyatorlarının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Fatmayı qəsəbə sakini E.Hüseynovun xuliqanlıq zəminində silahla hədələməkdə şübhəli bilinən Laçın rayon sakini Ə.Rüstəmov müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsinə Fatmayı qəsəbəsi ərazisində qəsəbə sakini E.Hüseynovun xuliqanlıq zəminində silahla hədələnməsi barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Laçın rayon sakini Ə.Rüstəmov müəyyən olunaraq saxlanılıb. Ondan qeydiyyatda olan “Escort” markalı vinçester silahı və 5 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.