Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etdiyinə görə tutulan S.Əmirovun daha iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub
13.10.2022
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan S.Əmirovun ətrafında aparılan tədbirlərlə onun daha iki evdən 1100 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Salyan rayonunda bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən H.Mehdiyev saxlanılıb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini H.Mehdiyev saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini Ə.Hüseynov saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1400 manat pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
İmişli rayonunun Allahmədətli kəndindəki evlərdən birinin həyətindən 8 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər Qaradağ rayonu ərazisində saxlanılıblar
İmişli Rayon Polis Şöbəsinə oktyabrın 13-nə keçən gecə Allahmədətli kəndindəki evlərdən birinin həyətindən 8 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.İmişli RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Süleymanov, Kürdəmir rayon sakini E.Hacıyev, İmişli şəhər sakini E.Abdullayev və Ağsu rayon sakini F.Abdullayev Qaradağ rayonu ərazisində paytaxt sakini S.Ələkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıblar.Araşdırma aparılır.
Kürdəmir rayonunun Ərəbqubalı kəndində keçirilən toy məclisində xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döyməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Şirinov və Q.Şirinov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Masallı rayonunun Şıxlar kənd sakini Z.Alışovdan heroin götürülüb
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şıxlar kənd sakini Z.Alışovdan 2 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 147 qramdan çox heroin aşkar olunaraq götürülüb.
Şirvan şəhəri ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Xeyirxəbərov və E.Zeynalov saxlanılıblar
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 4330 manat dəyərində 11 ədəd mobil telefon, 1 ədəd planşet, 3 ədəd səsgücləndirici, 2 ədəd smart saat və 3 ədəd qulaqcıq oğurlamaqda şübhəli bilinən Altay Xeyirxəbərov və Elbrus Zeynalov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Astara şəhəri ərazisində “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca çırpılıb
Oktyabrın 13-də saat 22 radələrində Astara şəhəri ərazisində Ərçivan qəsəbə sakini İ.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişini İmaməli Hüseynov xəstəxanaya yerləşdirilib, İ.Hüseynov orada ölüb. Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
12.10.2022
Oktyabrın 12-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yevlax rayon sakini Vüqar Əsədovu bıçaqla vuraraq qəsdən öldürməkdə şübhəli bilinən qardaşı E.Əsədov tutularaq istintaqa təhvil verilib
Yevlax Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 20 radələrində rayon sakini Vüqar Əsədovun öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla rayon sakini, əvvəllər məhkum olunmuş E.Əsədovun yaşadığı evin həyətində münaqişə zəminində qardaşı Vüqarı bıçaqla vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.