Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtomobildən 40.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakinləri M.Kazımov və V.Əsgərov müəyyən olunaraq saxlanılıblar
11.10.2022
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri M.Kazımov və V.Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini Z.Kərimov müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Axtarışda olan T.Şahmarzadə tutulub
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan T.Şahmarzadə tutulub. Polis əməkdaşları tərəfindən onun Zabrat qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 azyaşlı saxlanılıb
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 250 manat pul, 3750 manat dəyərində çanta, qol saatı və geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 azyaşlı saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Astara rayon sakini İ.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində C.Naxçıvanski küçəsindəki mənzillərin birindən 3200 manat pul və 200 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər də oğurluq və quldurluğa görə məhkum olunmuş İ.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tərəfindən ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xətai rayonu X.Məmmədov küçəsindəki daha bir mənzildən 6000 manat dəyərində qızıl-zinət əşyaları, R.Məmmədov küçəsindəki digər mənzildən isə 50 manat, 1000 rubl pul, 450 manat dəyərində mətbəx bıçağı və gümüş əşyalar oğurlaması da müəyyən olunub.
Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri F.Hacıyev, V.Ağayev və qardaşı müəyyən olunaraq saxlanılıblar
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Betonzavod adlanan ərazidə şirkətlərdən birinin anbarından 3 ədəd qaynaq aparatı, 2 ədəd taxta yonan dəzgah və digər texniki avadanlıqların oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri F.Hacıyev, V.Ağayev və qardaşı müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Zaqatala rayon sakinləri E.Muradov və qardaşı müəyyən olunaraq saxlanılıblar
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 5430 manat və 3000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuşlar E.Muradov və qardaşı müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan R.Xəlilovun törətdiyi digər cinayət əməli də müəyyən edilib
Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan R.Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şəki şəhər sakini R.Tağıyevlə birgə Şəki Regional Perinatal Mərkəzindən UZİ aparatını oğurlaması da müəyyən olunub.
Şirvan şəhər sakini Ü.Bəbirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini Ü.Bəbirovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Sabirabad rayonunun Həsənli kənd sakini T.İbrahimovun evinə baxış zamanı oradan qanunsuz saxladığı ov tüfəngi, 32 ədəd patron və 1 ədəd patrondaş aşkar olunaraq götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Həsənli kənd sakini T.İbrahimovun evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi, 32 ədəd patron və 1 ədəd patrondaş aşkar olunaraq götürülüb.