Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonunun Q.Qarayev prospektində “Mercedes” markalı avtomobillə 50-55 yaşlı kişi vurulub
12.10.2022
Oktyabrın 11-də saat 22 radələrində Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini A.Aşirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 12-də orada ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayon sakini P.Əliyevdən heroin aşkar olunub
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş P.Əliyevdən heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini A.Aslanov da müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin götürülüb.
Gəncə şəhər sakini E.Allahverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsinə oktyabrın 11-də 3 nəfərin şəhər sakini E.Allahverdiyevi bıçaqla hədələyərək pulunu, 2100 manat dəyərində 2 ədəd mobil telefonunu və 150 manat dəyərində qol saatını talamaları barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Verdiyev, G.Rüstəmova və bacısı müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Qəbələ rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Z.Zahidli saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub
Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Z.Zahidli saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Polis əməkdaşları tərəfindən onların daha bir evdən 3150 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən olunub.
Qusar rayonunun Samur qəsəbə sakini R.Əliyevdən marixuana götürülüb
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samur qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın, bağ sahəsinə baxış zamanı isə 845 qram marixuana aşkar olunaraq götürülüb.
Oğuz rayonunun Bayan kəndi ərazisində yabanı halda bitmiş 3 ton 782 kiloqram çəkidə çətənə kolu məhv edilib
Oğuz RPŞ-nin əməkdaşları tərəfindən Bayan kəndi ərazisində yabanı halda bitmiş 3 ton 782 kiloqram çəkidə 2440 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
11.10.2022
Oktyabrın 11-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının oktyabrın 11-də keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakı şəhər sakini Çərkəz Ələsgərovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mənsumov və A.Serebrennikov tutularaq istintaqa təhvil veriliblər
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə oktyabrın 9-da Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Çərkəz Ələsgərovun bıçaqla öldürülməsi barədə məlumat daxil olub.Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı cinayət işi başlanıb. Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlinin Bakı şəhər sakinləri E.Mənsumov və A.Serebrennikov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Mənsumov və A.Serebrennikov tutularaq istintaqa təhvil veriliblər.
İçərisində 400 manat pul olan xeyriyyə qutusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev müəyyən olunaraq saxlanılıb
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.