Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub

13.10.2022

Oktyabrın  13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

13.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub 13.10.2022
  • Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində iki evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Cəbiyev saxlanılıb 13.10.2022
  • Binəqədi rayonunda bir evin həyətindən və bir şirkətə məxsus sahədən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Kərimov saxlanılıb 13.10.2022
  • Oğurluq etdiyinə görə tutulan S.Əmirovun daha iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub 13.10.2022
  • Salyan rayonunda bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən H.Mehdiyev saxlanılıb 13.10.2022
  • Xaçmaz rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini Ə.Hüseynov saxlanılıb 13.10.2022
  • İmişli rayonunun Allahmədətli kəndindəki evlərdən birinin həyətindən 8 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər Qaradağ rayonu ərazisində saxlanılıblar 13.10.2022
  • Kürdəmir rayonunun Ərəbqubalı kəndində keçirilən toy məclisində xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döyməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 13.10.2022
  • Masallı rayonunun Şıxlar kənd sakini Z.Alışovdan heroin götürülüb 13.10.2022
  • Şirvan şəhəri ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Xeyirxəbərov və E.Zeynalov saxlanılıblar 13.10.2022
  • Astara şəhəri ərazisində “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca çırpılıb 13.10.2022