Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
10.10.2022
Oktyabrın 10-da saat 17 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini İ.Əhmədova idarə etdiyi “Chevrolet” markalı avtomobillə Kəlbəcər rayon sakini Fəxri Umudovun idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurub. Nəticədə F.Umudov hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
09.10.2022
Oktyabrın 9-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini C.Qurbanovun bank hesabından 438 manatını oğurlamaqda şübhəli bilinən O.Quliyev müəyyən olunaraq saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini C.Qurbanovun bank hesabından 438 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini O.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 4 evdən oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakinləri N.Qafari və Ü.Kərimov saxlanılıblar
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 1150 manat pul, televizor, qızıl üzük və mobil telefon oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri N.Qafari və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ü.Kərimov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi rayonunun Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən seyf oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.Muradov saxlanılıb
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qol saatı və içərisində 2000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş E.Muradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Cəlilabad şəhəri ərazisindəki mağazaların birindən 30.000 manat pulu oğurlamaqda şübhəli bilinən C.Mustafayev saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinə 2021-ci ilin iyun ayından cari ilin iyun ayınadək olan müddətdə şəhər ərazisindəki mağazaların birindən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş C.Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şəki rayon sakini R.Xəlilovdan 2 kiloqram 65 qram marixuana götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan 1-ci Biləcik kənd sakini R.Xəlilovdan 2 kiloqram 65 qram marixuana aşkar olunaraq götürülüb.
Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün saxlanılıblar
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 9-da Padar qəsəbəsi ərazisində Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olan 2 ədəd “BA312” və “Huğlu” markalı ov tüfəngləri, 1 ədəd “Kral Puncher” markalı tir tüfəngi, 97 ədəd patron, 2 qutu tir patronları, 2 ədəd patrondaş, digər ov ləvazimatları və 8 ədəd ovlanmış çöl ördəyi aşkar olunaraq götürülüb.
Sumqayıt şəhər sakini E.Səmədova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini V.Məmmədov avtomobillə birgə saxlanılıb
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə oktyabrın 9-da gecə saatlarında 42-ci məhəllə ərazisindən şəhər sakini E.Səmədova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini V.Məmmədov avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.