Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şabran şəhər sakini R.Günəşovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, evindən isə 332 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
18.10.2022
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Günəşovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, evindən isə 332 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Mingəçevir şəhər sakini E.Məmmədovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 98 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobilə baxış zamanı oradan 98 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini M.Məsimovdan, Əmirvan kənd sakinləri B.Məsimovdan və T.Nəsrullayevdən qanunsuz saxladıqları 3 ədəd ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Böyük Pirəlli kənd sakini M.Məsimovdan, Əmirvan kənd sakinləri B.Məsimovdan və T.Nəsrullayevdən qanunsuz saxladıqları 3 ədəd ov tüfəngi götürülüb, E.Cəbrayıov isə “TOZ” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.
Beyləqan rayonunun Əhmədli kənd sakini M.Orucovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əhmədli kənd sakini, əvvəllər məhkum olunmuş M.Orucovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 18-də saat 22 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Goranboy rayon sakini R.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişinlərindən oğlu İmamqulu hadisə yerində ölüb, gəlini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 18-də saat 20 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində rayon sakini Əlizamin Ağayev idarə etdiyi “VAZ-21060” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu isə xəstəxanaya yerləşdirilib.Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 18-də saat 14 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində rayon sakinləri Murad Salayev idarə etdiyi “VAZ-21074” və H.Salazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobilləri aşırıblar. Nəticədə M.Salayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 18-də saat 12 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini R.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerliləri Məlahət Əfsəlovanı və azyaşlı nəvəsi Gülağanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb, M.Əfsəlova isə xəstəxanaya yerləşdirilib.Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
17.10.2022
Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Goranboy rayonunun Veyisli qəsəbəsi ərazisində “Daewoo” və “Mercedes” markalı avtomobillər toqquşub
Oktyabrın 17-də saat 10 radələrində Goranboy rayonunun Veyisli qəsəbəsi ərazisində rayon sakinləri Mais Bağırovun idarə etdiyi “Daewoo” və C.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Bağırov hadisə yerində ölüb, digər sürücü və 4 sərnişin xəstəxanaya yerləşdiriliblər. Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.