Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumov tərəfindən torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb
19.10.2022
Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.
Saatlı rayonunun Mustafabəyli kənd sakini Ülvi Soltanovdan narkotik vasitələr, odlu silah və ləvazimatları aşkar olunaraq götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mustafabəyli kənd sakini Ülvi Soltanovdan 20 qrama yaxın marixuna, yaşadığı evə baxış zamanı isə 1 ədəd “AKM” markalı avtomat silah, 17 ədəd patron, 3 ədəd beşbarmaq hissələri və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 19-da saat 11 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri Zahir Abbasovun idarə etdiyi “Ford Transit”, S.Əsgərovun idarə etdiyi “Toyota” və N.Qəhrəmanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə Z.Abbasov hadisə yerində ölüb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Lənkəran rayonunun Sütəmurdov kəndində yol-nəqliyyat hadisəsi
Oktyabrın 19-da saat 8 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndində Gərmətük qəsəbə sakini T.Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında gedən kənd sakini Rəvanə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 19-da saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Ü.Bağırov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ceyhun İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
18.10.2022
Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini V.Nəzərov saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş V.Nəzərov saxlanılıb.Araşdırmalarla onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanını, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan cüzdanını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub. Araşdırma davam etdirilir.
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Mahmudov saxlanılıb
Oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini V.Mahmudov saxlanılıb. Araşdırma aparılır.
1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Abbasov və T.Salmanov saxlanılıblar
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar T.Abbasov və T.Salmanov saxlanılıblar.