Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
22.10.2022
Oktyabrın 22-də saat 5 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Göyçay şəhər sakini Elşən Əmiraslanov idarə etdiyi “Toyota” markalı avtomobili beton maneəyə vurub və nəticədə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 22-də saat 6 radələrində Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində şəhər sakini P.Muradxanov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən Validə Sultanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Sabirabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 22-də saat 20 radələrində Sabirabad şəhəri ərazisində Qalaqayın kənd sakini İ.Əmişov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Züleyxa Əliyevanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 22-də saat 17 radələrində Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində kənd sakini Ramin Qurbanov idarə etdiyi “QAZ-66” markalı avtomobili dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb.Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Füzuli rayonunun 1 saylı Zobucuq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 22-də saat 23 radələrində Füzuli rayonunun 1 saylı Zobucuq qəsəbəsi ərazisində qəsəbə sakini İlqar Mahmudov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub
21.10.2022
Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Quldurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Qafarov və Lənkəran rayon sakini R.Əhədzadə müəyyən olunaraq saxlanılıblar
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qafarov və Lənkəran rayon sakini R.Əhədzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Quldurluq yolu ilə talamağa cəhd göstərən Neftçala rayon sakini R.Məlikov saxlanılıb
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oktyabrın 21-də saat 7 radələrində İ.Həmidov küçəsində Bakı şəhər sakini olan bir qadının çantasını quldurluq yolu ilə talamağa cəhd göstərən Neftçala rayon sakini R.Məlikov saxlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bank hesabından 836 manatını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini A.Qurbanov müəyyən olunaraq saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 11-də Bakı şəhər sakini N.Yolçuyevin bank hesabından 836 manatını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini A.Qurbanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mağazaların birindən 1518 manat dəyərində 2 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən T.Hüseynov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 1518 manat dəyərində 2 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən T.Hüseynov saxlanılıb. Araşdırma aparılır.